Kişilərin qadınlarda bəyəndiyi makiyajlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilərin qadınlarda bəyəndiyi makiyajlar - Fotolar

Kişilərin qadınlarda bəyəndiyi makiyajlar - Fotolar

Qadınlar kişilərin ən çox hansı rəngi, saç düzümünü bəyəndiyini öz aralarında müzakirə edirlər. Buraya qadınların makiyajları da daxidlir. Bəs kişilər həyat yoldaşlarında və ya sevgililərində ən çox hansı makiyajı sevirlər?

Hazırlaşın, qızlar axtardığınız cavabların hamısına tabloid.az aydınlıq gətirib.

Təbii

Təbiiliyə üstünlük verən qadınlar sanki bir az daha şanslıdır! Bəzi kişilər dərini heç bir şeylə örtülməmiş təbii halını sevir. Bu onlara daha sağlam və daha məsum gəlir. Təbii ki, dəri qüsurlarını örtəcəksiniz, amma heç yoxmuş kimi çəkilən makiyaj ən idealıdır.

İşıltılı gözlər, parıltılı dodaqlar

Bəzi qadınlar parıltılı makiyajın onları daha cəlbedici etdiyini düşünür. Bu da açıq tonlarda kosmetik vasitələr və parıltılarla mümkündür. Dodaqlarınıza parladıcı və gözlərinizə parıltılı göz kölgəsi çəkərək istədiyiniz effekti əldə etmək çətin deyil. Bəli, indi gözəl görünürsünüz. O da elə düşünür.

Dumanlı gözlər

Qadınların dumanlı göz makiyajları sayəsində qazandıqları cazibə qarşısında tab gətirə bilməyən kişilər də var. Bu seksual və sirli göz makiyajını da sınaqdan keçirməlisiniz.

Üsyançı-qəşəng gözlər

Gözlərini ön plana çıxarmağı sevən qadınlar bu təklifimizi çox sevəcək. Kişilər dəridə təbiiliyə üstünlük verirlər. Amma onlar üçün də son dərəcə vacib olan məqamlar var: Gözlər! Kişilərin bəziləri üsyançı və cəlbedici göz makiyajını çox sevir.

Minimum makiyaj

Kişilər həddindən artıq yüklənmiş qadına uzun müddət tab gətirə bilmirlər. Sanki dəri rənglərin rəhmsizcəsinə hücumuna məruz qalıb. Kişilər üzünü tonal kremlə örtən qadınları sevmir. Dərinizin tonunu boya altında gizlətməyin.

Bir qədər ənlik

Yanağınıza bir az rəng vermək gözəl ideyadır. Çəhrayı yanaqlar qadınları seksual göstərən rənglər siyahısındadır. Lakin bunun üçün yanaqları ənliklə doldurmaq lazım deyil. Ənlik yanaqlarınızın soyuqda bir qədər donmuş və qızarmış kimi olmalıdır.

Qırmızı pomada

Dodaqlarınızı ehtiraslı və cazibəli qırmızı dodaq boyası ilə vurğulamısınızsa, bu, ona gecənin əyləncəli keçəcəyinə bir işarədir. Bu da kişilərin huşunu itirdiyi digər məqamdır.

Pastel pomadalar

Bir qadın simasını kosmetikanın arxasına gizlətmədiyi zaman cazibəlidir. Qadınların dərinin parlamasına və təbii tonlardan istifadə edərək bu parıltını dodaqlarına gətirməsinə də huşunu itirən kişilər az deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm