İş qadınlarının ən şıq stilləri - Fotolar
Bizi izləyin

Tabloid.az

İş qadınlarının ən şıq stilləri - Fotolar

Ofis qarderobunu zənginləşdirməyin və daha şıq görünməyin yolları - Fotolar

Ciddi iş yerləri üçün qoyulan dress kod qaydaları stildə daha ciddi davranmağı tələb edir. Lakin bəzi elementlər var ki, orada sadəlik yolverilməz hal kimi qəbul olunur. Ofis stilinizin də qüsursuz və möhtəşəm olmasını istəyirsinizsə, bu detalları mütləq nəzərə almalısınız. Tabloid.az ofis qarderobunu zənginləşdirməyin və daha şıq görünməyin 10 qaydasını hazırlayıb. Şəkillərə isə sadəcə heyran qalacaqsınız...

  1. Qaydalara itaət edin, onlar xoşunuza gəlsə də, gəlməsə də onlara əməl edin. Ofis tələblərinə zidd makiyaj rəhbərliyi və ya sizin həmkarlarınızı valeh etmək üçün parlaq fikir deyil.
  2. Heç vaxt qarnını göstərmə. Düzgün uzunluğunda olan köynəklər geyinərək, həddindən artıq aşağıda dayanan şalvar dəbindən yaxa qurtara bilərsən.
  3. Həddindən artıq, açıq-aşkar gözə girməkdən çəkinin. İş yeri bunun üçün münasib yer deyil.
  4. Büstqalterin asqılarını gizli saxlayın. Onlar köynəyin altından görünməməlidir. Qabaq düymələrinin də düzgün bağlandığından əmin olun.
  5. Altdan etibarlı mayka geyinmədən işə heç zaman şəffaf paltarlarda işə gəlməyin.
  6. Lap qısa ətəklərinizi özəl günlər üçün saxlayın. Hətta ayaqlarınzı bunun üçün çox münasib olsa belə, işlə mini ətəkdə getməyin. Bu ətəkləri yaxşı qızlar şənbə və bazar günlərinin əyləncə gecələri üçün saxlamalıdır. Ofis yubkasının ətəyi dizdən 2-3 sm-dən yuxarı olmamalıdır.
  7. Barmaqlı səndəllərinizi çimərliyə gedəndə geyinərsiniz. İdman ayaqqabılarını da həftəsonu gəzintiləri üçün saxlayın.
  8. Sinəsi açıq, krujeva donlarınızı isə özəl dəvətlərdə geyinərsiniz.
  9. Ofisə çox dar paltarda gəlməyin. Ofis qucaqlaşmaq üçün uyğun yer deyil.
  10. Çox ciddi və rəsmi geyinməyə çalışmayın. Ofis stili üslubunuzu saxlayaraq onu ifadə etməyin ən yaxşı çıxış yoludur. Əyləncəli papaqlar, şlyapalar, çəkici makiyaj, boğuq naxışlar və rənglər səni daha ekssentrik və avanqard göstərəcək.

Bəzilərində sadəcə ətək (yubka) və köynək, bəzilərində şalvar və köynək, bəzilərində isə seçimə bağlı geyim olur. İşə ətək və ya şalvar geyinmək seçimi haqqında yəqin ki, dəfələrlə sual qarşısında qalmısınız. Xüsusilə əgər kişi kollektivində çalışırsınızsa, şalvarmı geyinmək, ətəkmi sualı aktual olur.

Şalvarda həm fiziki, həm də psixoloji baxımdan rahat olursunuz. Onlar sizi lazımsız diqqətli baxışlardan xilas edirlər. Sizin yüngül xarakterli olmağınızla bağlı sualları aradan qaldırır və sizin “ciddiliyinizə” xallar əlavə edir.

Ətəkdə siz öz qadın üstünlüklərinizdən öz xeyrinizə istifadə edə bilərsiniz: çətin ki, kimsə sizə kobudluq eləsin, çətin ki, kimsə sizə ciddi rəqib kimi baxsın. Siz öz qadın təbiətinizi vurğulayırsınız və ətrafdakıların gözündə olduğunuzdan daha zərif və zəif görünürsünüz.

Amma bir məqam da var. Siz ətəyi geyinəndə hər şeyi, xüsusilə də ətəyin uzunluğunu elə nəzərə almalısınız ki, sizin şəxsiyyətinizə olan hörmət bir damcı da olsa azalmasın.

Doğurdanmı işgüzar geyim bu qədər darıxdırıcıdır? Xeyr, buna əmin olmaq üçün ən yaxınlıqda yerləşən işgüzar geyim mağazasına daxil olmaq kifayətdir. Onlarla, bəlkə də yüzlərlə kostyum, ətək, ciddi şalvarlar, köynəklər seçmək mümkündür. Bir az qapalı, bir qədər təvazökar, amma olduqca müasir və cəlbedici olmalıdır. Həmçinin rəng çalarları da müxtəlifdir. İşgüzar dress-kod hər zaman ciddiliyin və individuallığın ahəngini yaratmaq imkanı verir. Ciddi fason, amma qeyri-ənənəvi rəng tonu, klassik biçim və kreativ (yaxalığın quruluşu, ciblərin forması, zərif broşlar) bir detal ola bilər. Yəni, işgüzar dress-kod tələb olunan yerlərdə də öz üslubuna sadiq qalmaq olar. Ayrı-ayrı elementləri bütünləşdirmək isə artıq zövq məsələsidir.

Müasir dövrdə prestiji və adı olan istər böyük, istər kiçik dövlət və özəl müəssisələrinin demək olar ki, hamısında dress-kod - yəni, xüsusi geyim qaydaları var. Maraqlıdır ki, bəzi şirkət rəhbərləri dress-kodu işdə-ofisdə əmək məhsuldarlığının artmasına gətirib çıxaran başlıca faktorlardan biri kimi görürlər və onların bu qənaəti tamamilə düzgün yanaşmadır. Lakin deyilənlərə görə qadınların dress-kod qaydaları kişilərlə müqayisədə daha demokratikdir.

Bank və dövlət qurumlarında çalışan işçilərin ciddi işgüzar kostyumlarının tutqun rəng çalarları və geyim tərzindəki yekdillik kompaniyanın mötəbərliyini və nüfuzunu ehmalca ətrafdakıların nəzərinə çatdırır və bununla da müştəridə xoş təəssürat oyadır. Dress-kod nəinki təşkilatın işgüzar tərzini əks etdirmək imkanı verir, həm də bəzi hallarda ofis işçilərinin libaslarında kompaniya loqotipini və ya firma simvolunu yerlədşirməyə icazə verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm