Hansı içkilər insan ömrünü 5 il qısaldır?
Bizi izləyin

Tabloid.az

Hansı içkilər insan ömrünü 5 il qısaldır?

Kaliforniya universitinin tədqiqatçıları tərəfindən aparılan araşdırma qazlı içkilərin insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu ortaya çıxarıb

Kaliforniya universitinin tədqiqatçıları tərəfindən aparılan araşdırma qazlı içkilərin insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu ortaya çıxarıb.

20-65 yaş arasında olan 5300 nəfərin iştirak etdiyi araşdırma 5 il davam edib.

Araşdırmanın nəticələrinə görə, qazlı içkilər orqanizminin tez yaşlanmasına səbəb olur.

Amerikanın ən məşhur sağlamlıq jurnalı “American Journal of Public Health”da yayımlanan araşdırmaya görə, qazlı içkilər insanlarda xromosomları qoruyan telomer adlı hüceyrələrin ölçüsünün qısalmasına səbəb olur ki, bu da öz növbəsində erkən yaşlanmaqla nəticələnir.

Orta hesabla gündə 350 ml qazlı içki içən bir insanın DNT-ində dəyişikliklər baş verir və ömrü 5 il qısalır.

Alimlər adi su və ya meyvə suyu içməyi məsləhət görürlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm