Van Dam Türkiyədə jurnalistlərə təpik atdı – Fotolar
Bizi izləyin

Tabloid.az

Van Dam Türkiyədə jurnalistlərə təpik atdı – Fotolar

İçki stəkanlarını sındırdı, qadınları söydü

Dünya şöhrətli aktyor Jan Klod Van Dam azərbaycanlı milyoner Telman İsmayılovun dəvəti ilə Türkiyəyə gəlib.

Ötən gün məşhur məkanlardan olan “Reina”da əylənən aktyor davranışı ilə hamını təəccübləndirib. İçki stəkanlarını sındıran Van Dam məkandan çıxarkən yanındakı qadınlarla fotolarını çəkmək istəyən jurnalistələrə təpik atıb. Yanındakı qadınları söyən və onlara qışqıran Van Damı köməkçisi çətinliklə sakitləşdirərək lüks mikroavtobusa mindirib. Avtobusda da sakit dayanmayan aktyor yumruq zərbələri ilə maşının pəncərələrini çatladıb.

Van Damın həddindən artıq çox spirtli içki qəbul etdiyi, bu səbəblə özündə olmadığı deyilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm