Dırnaqlardakı problemlər hansı xəstəliklərin carçısıdır?
Bizi izləyin

Tabloid.az

Dırnaqlardakı problemlər hansı xəstəliklərin carçısıdır?

Dırnaqlara baxaraq onun formasına, rənginə və uzanma müddətinə görə sağlamlığımızın nə yerdə olduğunu anlaya bilərik

Dırnaqlara baxaraq onun formasına, rənginə və uzanma müddətinə görə sağlamlığımızın nə yerdə olduğunu anlaya bilərik.

Tabloid.az dırnaqlardakı dəyişikliklərin hansı xəstəliklərin göstəricisi olduğunu araşdırıb.

1.Dırnaqlarınız asanlıqla qırılırsa, sizdə zob xəstəliyinin olmasına işarət edə bilər. Qalxanabənzər vəzi enerjini və böyüməni tənzimləyir. Ona görə də bu vəzin normadan az hormon ifraz etməsi saçların tökülməsinə, dırnaqların nazikləşib qırılmasına və daha az uzanmasına səbəb olur.

2.Dırnaqlardakı ağ rəngli cizgilər zülal və bəzi vitaminlərin çatışmazlığına işarədir. Ancaq bu cizgilər böyrək xəstəlikləri və qaraciyər problemlərinə də işarət edə bilər.

3.Göyərmiş dırnaqlar barmaqların ucuna lazımı qədər oksigen getmədiyini göstərir. Mütəxəsisslərə görə, bu qan damarlarında olan hər hansı problemdən qaynaqlana bilər. Bəzi insanlar sadəcə soyuq havaya məruz qaldıqda dırnaqlarının göyərməsini müşahidə edirlər. Ancaq daim göyərmiş dırnaqlardan əziyyət çəkənlər mütləq həkimə müraciət etməlidirlər.

4.Dümağ dırnaqlar qanda qırmızı qan hüceyrələrinin az olduğunu göstərir. Bu da anemiya xəstəliyinə yaxalana biləcəyiniz mənasını verir. Dəmir çatışmazlığı da dırnaqların rənginin açıq olmasına səbəb ola bilər. Həkimə müraciət etməklə yanaşı, yaşıl yarpaqlı tərəvəzlər, lobya, qırmızı ət kimi qidaları qida rasionunuza daxil etməlisiniz.

Bəzi mütəxəsislər dümağ rəngdə olan dırnaqların şəkər xəstəliyi və ya qaraciyər problemlərinin əlaməti ola biləcəyini də qeyd edirlər.

5.Dırnaqların saralması və ya qalınlaşması göbələk infeksiyasının düşməsindəm ola bilər. Dərhal həkimə müraciət etmək lazımdır.

6. Dırnaqlarda qara ləkələrin olması dəri xərçənginin ilk işarəti ola bilər. Xərçəng xəstəliyində erkən müalicənin önəmi böyükdür. Ona görə də dırnaqlarınızda bu tip dəyişikliklər gördükdə dərhal dermatoloqa müraciət etməlisiniz.

7. Dırnaqlardakı qabarıqlar və ya kiçik deşiklər sədəf xəstəliyinin əlamətidir. Adətən bu xəstəlik dırnaqda hüceyrələrin toplaşmasına səbəb olur və dırnağın hamar səthinin pozulması ilə nəticələnir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm