Dünyanın ən dəbli xanımı möhtəşəm ziyafət libaslarında - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən dəbli xanımı möhtəşəm ziyafət libaslarında - Fotolar

Dünyanın ən dəbli xanımı möhtəşəm ziyafət libaslarında

Kembric hersoginiyası Keyt Middletonun qayıdışı həqiqətən də möhtəşəm oldu! Ötən gecə Londonda yerləşən Təbii Tarix Muzeyində təşkil olunan fotoşəkil müsabiqəsinə mükafatları təqdim etmək üçün gələn hersoginiya sözün əsl mənasında nəfəs kəsici görünürdü. Hələ 13 həftəlik hamilə olan Middletonun geyindiyi libas onun bütün gözəlliyini vurğulamışdı. Keyt sevimli dizaynerləri arasında yer alan "Jenny Packham"dan özəl olaraq tikilmiş paltar geyinərək zərifliyi və gözəlliyi ilə hər kəsi bir daha özünə heyran edə bildi. Hələ ki, qarnı çox bilinməsə də, anvelop tərzindəki bu gözəl paltarın Keytə çox yaraşdığını demək lazımdır.

"Jenny Packham" Keytin sevimli dizayneri olduğu kimi, mavi və mavinin tonları da onun ən sevimli rənglərindən biridir. Pastel mavi tonlarındakı paltar Keytin üzərində ecazkar görünür. Dərisini bir qədər qaraltmış hersoginya bu paltarla parlaq ulduz kimi görünür. Uzun ayaqlarını ortaya çıxaran paltar Keytə həm cəlbedici, həm də zərif hava verib. Yəni, Keyt çox cəlbedici görünərkən belə o incə naz-qəmzəli duruşunu qoruyub və hər zamankı kimi paltarı ecazkar daşımağı bacarıb. Yeri gəlmişkən paltarın qapalı görüntüsü də çox qəşəngdir.

Hersoginyanın biləkdən bağlı kirşan rəngli "LK Bennett Agata" modeli ayaqqabılarını 2011-ci ildə iştirak etdiyi Arx Qala gecəsində görmüşdük. Hersoginyanın ayaqqabısı ilə eyni tonlarda olan yeni çantası da diqqət çəkib. "Alexander McQueen"den xüsusi olaraq hazırlanmış "Clutch" çantada hər zaman olduğu kimi markanın ənənəvi elementi - fiquru parlaq daşlarla bəzədilib.

Middletonun həndəsi şəkilli sırğa və boyunbağısını də ilk dəfə görürük. "Monica Vinader" dizaynı olan brilyantlar 18 karat çəhrayı qızıl, gümüş və almazdan ibarətdir. Sırğanın dəyəri 745, boyunbağı isə 1000 Britaniya funtu dəyərindədir.

Lakin bu Keytin hər kəsi heyran qoyduğu ilk obrazı deyil. O, 2011-ci ildə 29 aprel tarixində krallığın gəlini olduğu gündən etibarən gəlinlik libasında da sarsıdıcı görünürdü. Hersoginiya şahzadə Ulliyamla evlənəndən sonra obrazında bir çox dəyişiklik olduğu da danilmazdır. Lakin bu dəyişiklik müsbət tərəfədir. Tabloid.az Keytin yadda qalan ən gözəl gecə ziyafətlərini bir yerə toplayıb.

"Alexander McQueen"-dən olan üstü xəzli ağ libas Keytin incə məlahətli zövqündən xəbər verir.

"Jenny Packham" klassikası

"Alexander McQueen"

"Temperley London"

"Roland Mouret"

"Jenny Packham"

"Jenny Packham"

"Amanda Wakeley"

"Beulah London"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm