Yumurtalı sosiska - Resept
Bizi izləyin

Tabloid.az

Yumurtalı sosiska - Resept

Tabloid.az görünüşü ilə qəlbinizi, dadı ilə mədənizi ələ alacaq yumurtalı sosiskanın reseptini təqdim edir:

Tabloid.az görünüşü ilə qəlbinizi, dadı ilə mədənizi ələ alacaq yumurtalı sosiskanın reseptini təqdim edir:

İnqrediyentlər:

3 uzun sosiska

3 yumurta

2-3 xörək qaşığı mayonez

Qızartmaq üçün kərə və bitki yağı

Duz, istiot

Kahı, cəfəri

Hazırlanma qaydası:

Sosiskanı iki nazik cubuğun arasında qoyun ki, eyni boyda kəsiklər açasınız. Sosiskaları diş cubuğu ilə birləşdirin.

Yumurtanı, mayonezi qarışdırın, duz, istiot əlavə edib yaxşıca qarışdırın. Tavada kərə və bitki yağlarını qarışdıraraq sosiskanın bir tərəfini qızardın. Çevirib yumurtanı tökün.

Hazır olanda boşqaba kahı qoyun, üzərinə sosiskalı yumurtanı. Üzərinə cəfəri səpin, bu göyərti ona fərli dad verir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm