• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ramiz Əzizbəyliyə bu günə kimi cəmi 300 manat yardım olunub

Ramiz Əzizbəyliyə bu günə kimi cəmi 300 manat yardım olunub

R.Əzizbəylinin dostu, "Adəm” adına Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının rəhbəri Nicat Əsgərov sənətkarın son durumu ilə bağlı Mövqe.az-a danışıb.

İlk gündən dostunu tək buraxmayan Nicat bəy bu günə kimi Ramiz Əzizbəyliyə heç bir yardımın olmamasından gileylənib: " Hələ ki, Ramiz müəllim reanimasiyadadır. Yəqin ki, yaxşı olsa, 4-5 günə çıxarılacaq. Olmasa, hələ 10-15 gün orada qalacaq. Təkcə Müşfiq Hətəmov gəlmişdi. 300 manat xəstəxanaya pul köçürüb. Bu vaxta kimi gördüyümüz elə 300 manat yardım olub".

Xatırladaq ki, iki dəfə iflic olan və fevralın 9-u yaşadığı ünvan ərazisində avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməyib. Sonradan vəziyyətinin pisləşdiyini görən ailə üzvləri Ramiz Əzizbəylini Tibb Universitetinin tədris terapevtik klinikasının reaniamsiya şöbəsinə yerləşdiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR