Səhər yeməyi üçün fransız bulkası - Resept
Bizi izləyin

Tabloid.az

Səhər yeməyi üçün fransız bulkası - Resept

Hazırlanması çox sadə olan bu bulkanın dadı möhtəşəmdir. Tabloid.az Avropanın bahalı otellərində səhər yeməyi üçün verilən ləziz bulkanın reseptini təqdim edir:

Hazırlanması çox sadə olan bu bulkanın dadı möhtəşəmdir. Tabloid.az Avropanın bahalı otellərində səhər yeməyi üçün verilən ləziz bulkanın reseptini təqdim edir:

İnqrediyentlər və hazırlanma qaydası:

Marketdən hazır qat-qat xəmir alın. Soyuducuda donunu açın.

200 qram kişmişi konyakda və ya likyorda isladın.

Bişirilmiş krem hazırlayın: 0,5 litr südə 100 qram şəkər tozu, 0,5 çay qaşığı vanil şəkəri, 1,5 xörək qaşığı un və 2 yumurta əlavə edin.

Zəif atəşdə südü və vanili bişirin. Kənarda yumurtaya şəkər tozu əlavə edib qarışdırın. Süd qaynayanda onu odun üzərindən götürün və kiçik porsiyalarla - yumurtanın təxminən 1/3 olmaq şərtilə südə əlavə edin. Elə etməlisiniz ki, yumurta südə düşdükdə bişməsin. Daha sonra südü 5-7 dəqiqə qarışdırmaq şərtilə yenidən odun üzərinə qoyun. Krem hazırdır.

Xəmirin donu açıldıqdan sonra üzərinə soyumuş kremi çəkin. Sonra isə üzüm qoyun. Ürəyinizdən keçirsə ikinci dəfə xəmir açanda şokolad parçaları da qoya bilərsiniz. Sonra xəmiri rulet formasında bağlayıb 2 sm qalınlığında kəsin. Əlinizlə onu yastılayın, bulka forması verin. Kənarlarını su ilə bağlaya bilərsiniz. Əlinizi suya vurun və xəmirin kənarlarını bağlayın.

Soba qabına yağlı kağız sərin, bulkanın üzərinə yumurtanın sarısını çəkin və 20 dəqiqə saxlayın. 180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə bişirin.

Üzərinin parıldamasını istəyirsinizsə, bişəndən sonra bulkanın üstünə şəkər siropu səpin.

Şəkər siropunu hazırlamaq üçün 0,5 stəkan suya eyni ölçüdə şəkər əlavə edib qaynadın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm