Quru saçlar üçün banan maskası
Bizi izləyin

Tabloid.az

Quru saçlar üçün banan maskası

Banan vitaminlər, minerallar və antioksidantlar baxımından zəngin bir meyvədir. Ona görə də bu meyvəni sadəcə yeməklə kifayətlənməyib, gözəlliyinizin qayğısına qalmaq üçün də istifadə etməlisiniz

Banan vitaminlər, minerallar və antioksidantlar baxımından zəngin bir meyvədir. Ona görə də bu meyvəni sadəcə yeməklə kifayətlənməyib, gözəlliyinizin qayğısına qalmaq üçün də istifadə etməlisiniz.

Yəqin ki, daha öncə bananla müxtəlif üz maskaları hazırlamısınız. Bəs bu meyvənin saçları möhkəmləndirməkdə də effektli olduğunu bilirdinizmi?

Bəli, xüsusilə də quru saçlar üçün banan maskası möcüzəli təsir göstərir. Saçlarınıza nəm və yumuşaqlıq qazandırmaq istəyirsinizsə, mütləq bu maskanı sınayın!

Tərkibi:

1 ədəd banan

1 ədəd yumurtanın ağı

1 qaşıq qatıq

1 qaşıq zeytun yağı

1 qaşıq bal

Hazırlanması:

Bananı doğrayaraq bir kasaya tökün, çəngəllə yaxşıca əzib qarışdırın.

Başqa bir qabda yumurtanın ağını çırpıb bananın üzərinə əlavə edin. Daha sonra buraya qatığı, zeytun yağı və balı da əlavə edin.

Maskanı saçın diblərindən başlayaraq çəkin. Yarım saat saxladıqdan sonra ilıq su ilə saçınızı yuyun. Daha sonra istifadə etdiyiniz saç balzamını çəkin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm