• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Viktoriya Bonya Bakıda - Fotolar

Viktoriya Bonya Bakıda - Fotolar

Up Close & Stylish layihəsinin yeni qəhrəmanı öz gözəlliyi və şarmı ilə çoxlarını valeh edən Viktoriya Bonyadır. Tabloid.az buro247.az-a istinadən xəbər verir ki, Rusiyalı ulduzun Bakıya gəlişi paytaxtda böyük ajiotaja səbəb oldu. Bonyanın sözlərinə görə, o, Bakıya ilk baxışdan aşiq olub, Şərq mədəniyyətiylə Avropa motivlərinin vəhdəti onu heyran edib.

Aktiv həyat tərzi yaşayan Viktoriya Bakıya Bakıda açılan bir butikinin dəvətilə gəlib. İlk obraz üçün onun seçimi "Philipp Plein" brendindən xəz qolları və yaxasında iri broş olan yun paltardır. Populyar ulduz görünüşünü "Sergio Rossi"-dən qeyri-adi səndəllər və sırıqlı çanta tamamlayıb. "Bochic" brendindən olan dəbli aksessuarları isə ayrıca qeyd etmək lazımdır. Zərgərlik evinin brilyantlarla bəzədilmiş zinət əşyaları rokçu stilindədir, bu isə obraza xüsusi sərtlik bəxş edir.

Avenue ColiseumAvenue ColiseumAvenue ColiseumAvenue ColiseumAvenue ColiseumAvenue Coliseum
"David Koma" brendindən olan ikinci obraz isə zərif rəng ahəngilə göz oxşayır. Açıq boz rəngli paltar Swarovski daşlarıyla bəzədilmiş "Casadei" səndəlləri ilə əla uyğunlaşır. "Paula Cademartori"-dən ağ-qara çanta isə rəng oyununu yekunlaşdırır. Bu obraz üçün Viktoriya Yana Raskovalova imzalı yüngül və zərif zinət əşyalarından istifadə edib.

Avenue ColiseumВиктория БоняВиктория БоняВиктория БоняВиктория БоняВиктория БоняВиктория БоняВиктория Боня

Xəbər lenti

DAHA ÇOX XƏBƏR