Sakitcə öldürən ən dadlı qida
Bizi izləyin

Tabloid.az

Sakitcə öldürən ən dadlı qida

Şəkər narkotik qədər təhlükəlidir

Gündəlik həyatımızda üç ağ düşməndən biri olan şirniyyatla bağlı elm dünyasındakı son prosesləri araşdıran professor Batıq Şenbursa qorxunc nəticələrlə qarşılaşıb. Tabloid.az Türkiyə mətbuatına istinadən professorun açıqlamasını təqdim edir:

Təkcə ABŞ-da 2010-cu ildə il ərzində 25 min nəfər həddindən artıq şəkərli içki istehlakından dünyasını dəyişib. 2013-cü ildə aparılan elmi araşdırmalarda dünya miqyasında 180 min nəfərin ölümünün səbəbinin böyük ehtimalla şəkər və ya dadverici kimi kimyəvi tərkibli içkilər olduğu güman edilir.

Gündəlik həyatınızda şəkərin ölçüsünü qaçırsanız, geri dönüşü olmayan nəticələrlə qarşı-qarşıya qala bilərsiniz. Məhz şəkərin orqanizminizdə yaratdığı təsirləri təqdim edirik:

Şəkər yemək oqranizmə nə kimi zərərlər verir?

Şəkər sizi sakitcə öldürə bilən ən dadlı qidadır. Hətta duzun yaratdığı yüksək təzyiqdən də çox zərərlidir.

2008-ci ildə hədsiz fruktoza istehlakının lepir müqavimətinə səbəb olduğu bir araşdırma nəticəsində sübut olunub. Lepir kifayət qədər qida aldığınızı sizə izah edən bir hormondur. Problem budur ki, biz çox zaman beynimizdən gələn siqnallara məhəl qoymuruq. Lepir doğru işləmir və bununla əlaqəli bir simptom vermir. Bu da həddindən artıq qida istehlakına və köklüyə yol aça bilər.

Şəkər niyə səssiz qatildir?

Çünki bunlar heç bir əlaməti yoxdur və ya bəzi xəstəliklər kimi əvvəlcədən heç bir təhlükə zəngləri çalmır. Əgər son illərdə həddən artıq çəki almısınızsa və bunun səbəbini heç cürə tapa bilmirsinizsə, bədəninizə daxil olan fruktoza miqdarını kontrol etməkdə fayda var.

2012-ci ildə “Nature” jurnalı tərəfindən şəkərin üzərində də spirt kimi bəzi məhdudiyyətlər və xəbərdarlıqlar qoyulması ideyası ortaya atılmışdı. Çünki həddindən artıq fruktoza və qlükoza qaraciyərdə zəhərli təsir yarada bilər.

Spirtli içkilərin oqranizmə təsiri fruktoza qəbuluna oxşardır. Həmçinin şəkər spirtin məsul olduğu bir çox xroniki vəziyyətin meydana gəlmə riskini artırır.

Əgər çox arıqsınızsa, fruktozadan meydana gələn qaraciyər problemindən sığorta olunduğunuzu düşünməyin. Çünki kökəlməsəniz belə həddindən ziyadə şəkərli məhsullar qəbul etdikdə qaraciyərdə problemlər meydana gələ bilər.

Şəkər bu gün bütün qidaların tərkibində istifadə edilir. Bir çox insan "normal" şəkər cinayətlərindən (şəkər, peçenye, keks) uzaq durmaq üçün səy edərkən əslində, sevdikləri bəzi ərzaqların tərkibində daha çox şəkər olduğundan xəbərsizdirlər. Məsələn, pomidor sousu, fat-free souslar, tonika, marinə üçün hazırlanan souslar, krekerlər və hətta çörəyin tərkibində belə şəkərdən istifadə olunur.

Bir çoxumuz uşaqkən lazım olduğundan artıq şəkər yeyirik. 2009-cu ildə aparılan araşdırmada isə qlükoza istehlakı və hüceyrələrin qocalması arasında əlaqə tapılıb.

Hüceyrələrin qocalması xroniki xəstəliklər kimi ciddi problemlərə yol açmasa da, qırış kimi daha bəsit və görnüşümüzə kölgə salan qüsurlara səbəb ola bilər. Amma işin xoşagəlməz və narahatlıq yaradan digər qismi şəkərin beyin hüceyrələrində də yaşlanma təsiri olmasıdır.

2012-ci ildə aparılan araşdırmada həddindən artıq şəkər istehlakının yaddaşda ciddi nöqsanlara yol açdığı və ümumi zehni sağlamlığa təsir etdiyi sübuta yetirilib. 2009-cu ildə siçanlar üzərində aparılan araşdırmada oxşar nəticələr əldə edilmişdi.

Ötən 30 ildə piyləmədən əziyyət çəkən yeniyetmələrin sayı 3 dəfə, uşaq yaşlarında köklük nisbəti isə 2 dəfə yüksəlib. Bir çoxumuz gələcəyimizi təhdid edən ünsürlərin və bunlarla əlaqədar detalların fərqində olsaq da, biganə qalırıq. Aparılan elmi işlərin arxasında həqiqətən nələr olduğunu görmək üçün əyləncə parklarını, məktəb və ya alış-veriş mərkəzlərini ziyarət etmək lazımdır.

Piylənmədən əziyyət çəkən uşaqlarda adətən yağlar gövdə hissəsində toplanır. Bunun bir səbəbi tərkibində fruktoza olan içkilər ola bilər.

Əgər mən şəkərdən tamamilə asılıyam deyirsinizsə, bu fikir doğru ola bilər. 579 adam arasında aparılan akademik tədqiqat göstərmişdir ki, ghrelin hormonunda genetik dəyişikliklər olan fərdlər hər hansı bir dəyişiklik olmayan şəxslərə nisbətən daha çox şəkər və spirt istehlak edirlər.

Ghrelin beyninizə ac olduğunuzu izah edən hormona verilən addır.

80 qram şəkər qəbul etdiyində qadınların bədənindəki sərbəst radikallar 50% nisbətində artar. Bu artım qan damarlarının elastikliyini itirməsinə, qan dövranının yavaşlamasına və sellülitin meydana gəlməsinə səbəb olar. Dərinizdə sellülit və qocalmaq istəmirsinizsə, şəkərdən uzaq durun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm