Rahibənin “Bakirə kimi” mahnısı olay yaratdı – Fotolar, Videolar
Bizi izləyin

Tabloid.az

Rahibənin “Bakirə kimi” mahnısı olay yaratdı – Fotolar, Videolar

İtaliyanın ən məşhur kanallarından birində yayımlanan “İtaliyanın səsi” adlı musiqi müsabiqəsinin qalibi olan Kristina adlı rahibəyə katoliklər tərəfindən xəbərdarlıq edilib

İtaliyanın ən məşhur kanallarından birində yayımlanan “İtaliyanın səsi” adlı musiqi müsabiqəsinin qalibi olan Kristina adlı rahibəyə katoliklər tərəfindən xəbərdarlıq edilib.

İlk albomu “Sister Cristina”nı (“Rahibə Kristina”) noyabrın 11-də təqdim etməyə hazırlaşan gənc müğənni ilk klipini Madonnanın 1984-cü ildə səsləndirdiyi “Like a Virgin” (“Bakirə kimi”) adlı mahnıya çəkib.

Mahnının adı və sözləri dindarları olduqca narahat edib. Belə bir mahnının rahibə tərəfindən səsləndirilməsini düzgün hesab etməyən katoliklər “Ümid edirik ki, rahibə özünü pop ulduz hesab etməz. O, bu mahnını seçməsəydi, gündəmə gələ bilməzdi. Rahibədən Madonna yaratmaq sərhədləri aşmaqdır”, - deyərək tənqidlərini dilə gətiriblər.

Ancaq dünyaca məşhur pop ulduz Madonna katoliklərlə eyni fikirdə olmadığını “İnstagram”da paylaşdığı fotoşəkillə sübut edib. O, rahibə Kristina ilə öz şəklini paylaşaraq, “ömür boyu bacıyıq” şərhini yazıb.

Kristina isə məsələ ilə bağlı bunları deyib: "Mahnını özüm seçmişəm. Məqsədim hadisə yaratmaq deyil. Tərəfsiz şəkildə mahnının sözlərini oxusanız, eşqin insanları yeniləyici xüsusiyyətə malik olduğundan bəhs edildiyini anlayarsınız. Bu, mənim nəzərimdə pop mahnısı deyil, bir duadır”.

Qeyd edək ki, rahibənin “İtaliyanın səsi” yarışmasındakı performanslarını əks etdirən videoçarxlar “Youtube”da milyonlarla insan tərəfindən izlənilib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm