• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Milyon dollarlıq qol saatları - Fotolar

Milyon dollarlıq qol saatları - Fotolar

Tanınmış brendlər ilbəil istehsal etdikləri məhsulları daha da təkmilləşdirirlər. Xüsusilə, qol saatları istehsal edən şirkətlər nano texnologiyalardan istifadə etməklə mexanizmləri mükəmməlləşdirilmiş saatlar istehsal edirlər. Təbii ki, bu, həmin saatların qiymətlərinə də təsirsiz ötüşmür.

Tabloid.az dünyanın ən bahalı qol saatlarının fotolarını təqdim edir:

costlywatches01 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

Hublot Classic Fusion Haute Joaillerie qol saatının qiyməti bir milyon dollardır. 15 nəfərlik komanda 1185 almazla bəzədilən saatın hazırlanmasına 1800 saat sərf edib. Keyfiyyətinin yoxlanılmasına 200 saat sərf edilib. Bu, Hublot modelləri arasında ən bahalısıdır.

costlywatches02 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

Roger Dubuis Excalibur Quatuor qol saatının korpusu silisiumdan hazırlanıb. Saatın qiyməti 1 125 000 Amerika dollarıdır.

costlywatches03 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

Jaeger-Le Coultre Hybris Mechanica à Grande Sonnerie qol saatının qiyməti 1 474 070 dollardır. Saat 1300 detaldan ibarətdir. Bu model 2009-cu ildə buraxılıb.

costlywatches04 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

Bu saat cəmi 7 nüsxədə buraxılıb. Vacheron Constantin TourdeI’Ile qol saatı brendin 250 illiyi münasibəti ilə hazırlanıb və qiyməti 1 538 160 dollardır.

costlywatches05 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

Greubel Forsey Art Piece qol saatı ilk dəfə sərgidə təqdim edilib. Qiymətim 1,6 milyon dollardır.

costlywatches06 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

The Richard Mille RM 56-01 qol saatının korpusu sapfirdən hazırlanıb və qiyməti 1 850 000 dollardır.

costlywatches07 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

The Richard Mille Tourbillon RM 56-02 Sapphire qol saatı da sapfirdən hazırlanıb. Qiyməti 2 milyon dollardır.

costlywatches08 8 самых дорогих (на сегодняшний день) наручных часов в мире

A. Lange & Söhne Grand Complication qol saatının qiyməti 1 920 000 avrodur. Dollarla qiyməti 2 497 000 dollardır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR