• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bülent Ersoyun həkimindən təəccübləndirən açıqlama

Bülent Ersoyun həkimindən təəccübləndirən açıqlama

Bir həftədir ki, xəstəxanada yatan “türk sənət musiqisinin divası” Bülent Ersoyun səhhəti ilə bağlı yeni məlumatlar oratya çıxıb.

Türkiyə mediasında yer alan xəbərlərdə müğəninin qaraciyərində “ləkə” aşkarlandığı bildirilirdi. Ancaq sənətçinin həkimi açıqlama verərək, mətbuatda yer alan xəbərlərin yalan olduğunu bildirib. Həkimin sözlərinə görə, Bülent Ersoyun qaraciyərində deyil, böyrəyində problem var:

“Bildiyimiz kimi, xəstəmiz 1989-cu ildə Adanada keçirdiyi qəzadan sonra bir böyrəklə, yəni, sağ böyrəyi ilə yaşayır. Amma bu böyrəkdə 2 ədəd daş aşkarlamışıq. Hazırda həmin daşların götürülməsi üçün çalışırıq. Müğənni 25 oktyabrda baş tutacaq konsertinə çox rahat çıxa biləcək”.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR