Kinomuzun “Ögey ana”sı Nəcibə Məlikovanın doğum günüdür – Fotolar
Bizi izləyin

Tabloid.az

Kinomuzun “Ögey ana”sı Nəcibə Məlikovanın doğum günüdür – Fotolar

Bu gün xalq artisti, teatr və kino aktrisası Nəcibə Məlikovanın doğum günüdür.

Bu gün xalq artisti, teatr və kino aktrisası Nəcibə Məlikovanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.

İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib.

Burada bir neçə tamaşada çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Nəcibə Məlikova kinoda uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Aktrisa 1959-cu il iyunun 10-da əməkdar, 1974-cü il iyun 1-də isə xalq artisti fəxri adlarına layiq görülüb.

1992-ci ilin iyulun 6-da vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm