• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Erotika damğası ilə qadağan edilən moda reklamları - Fotolar, Video

Erotika damğası ilə qadağan edilən moda reklamları - Fotolar, Video

Paradoksal səslənsə də, geyimi reklam edən qızın əynində nə qədər az paltar varsa o qədər yaxşıdır. Bu qayda artıq uzun illərdir ki, əla işləyir. Tabloid.az moda sənayesinin ədəbsiz hesab edilən, seksuallığı qabardan, zorakılığı təşviq edən ən qalmaqallı reklam kampaniyalarının fotolarını toplayıb.

Calvin Klein Jeans, 1980-ci il

"Calvin Klein Jeans" brendinin ilk qalmaqallı reklam kampaniyası 1980-ci ildə işıq üzü görüb. O zaman bu reklam əxlaq tərəfdarlarının haqlı qəzəbinə səbəb olmuşdu. Çarxının əsas qəhrəmanı 15 yaşlı Bruk Şidlsdir. O, göy cins şalvarda Riçard Avedonun kamerasının qaşısında köynəyinin düymələrindən birini açır. Əslində modelin bu hərəkəti deyil, kameraya baxaraq dilə gətirdiyi sözlər qəzəb oyatmışdı: "You wanna know what comes between me and my Calvins? Nothing - "Bilmək istəyirsiniz mənim Kelvim cinsimlə aramda nə var? Heç nə".
Bu şüar dizayneri uşaq pornoqrafiyasının təbliğində günahlandırmaq üçün əsas olmuşdur. Çoxsaylı şikayətlərdən sonra "Calvin Klein" nəinki reklam çarxının yayımlanmaması haqqında qərər verdi, həmçinin reklamdakı cinsin istehsalı dayandırıldı. Ancaq 1998-ci ildə həmin cinslərin istehsalına başlanıldı.

"Yves Saint Laurent", 2000-ci il

"Yves Saint Laurent" brendinin "Opium" ətrinin əfanəvi reklamının ətrafında da böyük qalmaqal yaranmışdı. 2000-ci ildə yaradılan ətrin yaradıcısı Stiv Meyzol idi. Britaniyanın reklamlara nəzarət komissiyasına bununla bağlı 948 şikayət ərizsəsi daxil olmuşdu. Üç həftə kifayət etdi ki, Böyük Britaniya küçələrində açıq reklam kadrlarının yerləşdirilməsi qadağan edilsin. Lakin jurnalların səhifələrində reklamın nəşrinə qadağa qoyulmadı.
Zabitəli ingilislərin narazılığına 23 yaşlı Sofi Dalın çılpaq görüntüsü səbəb olmuşdur. Başını geri atan model qara mələfədə bir əli ilə sinəsini örtərək uzanmışdı. Birləşmiş Krallıqdakı şikayətçilərin fikrincə, bu, qadınların ləyaqətini alçaldır, hətta zorlama dalğasını doğura bilərdi.

Yves Saint Laurent, 2000 год

"Emanuel Ungaro", 2002-ci il

Deyəsən, "Emanuel Ungaro" yeganə brendidir ki, süni şəkildə reklamlarına diqqəti cəlb etməyə çalışıb. "Yves Saint Laurent" brendinin "Opium"dakı şüarından ilhamlanan marka pis reklam da, reklamdır devizi ilə 2 il sonra aşağıdakı şəkli qlamur jurnallarda yerləşdirməyə çalışmışdl. Təbii ki, bütün jurnallar açıq fotoların səhifələrində yerləşdirilməsindən imtina ediblər. Buna baxmayaraq, brendin nümayəndələri internetdə şəkilləri yerləşdiriblər və çox təəssüfləniblər ki, onların kreativ ideyası düzgün başa düşülməyib.

Emanuel Ungaro, 2002 год

"Gucci", 2003-cü il

Dizayner Tom Ford açıq fotosessiyaların həvəskarıdır. 2000-ci ildə "Opium" ətrinin reklamında onun əli var idi. Üç il sonra "Gucci" brendi ilə çalışarkən də o, sevimli mövzusu ilə yenidən oynamaq qərarına gəlib. Onda dünya Mario Testinonun müəllifliyi ilə model Karmen Kasın divara söykənmiş fotosunu gördü. Modelin azca aşağı salınmış alt paltarından isə brendin baş hərfi görünürdü. Qəribədir ki, bu təxribatçı və rüsvayçı reklam kampaniyasına cəmi 16 nəfər narazılığını ifadə etdi. Reklamlara nəzarət komissiyasının iradlarına cavab olaraq bildirildi ki, şəkillər jurnal səhifələrində dərc edilmək və əlbəttə ki, 18 yaşı tamam olmuş auditoriya üçün nəzərdə tutulub.

Gucci, 2003 год

"Dior", 2003-cü il

Con Qalyanonun "Dior" moda evindəki dövrü təkcə dramatik fantaziyalı kolleksiyalarla deyil, həm də reklam kadrları ilə yaddaşlarda qalıb. Qalmaqallı modelyer qalmaqallı mövzularla oynamaqdan çəkinmirdi və bu da təbii olaraq ictimaiyyətin narazılığına səbəb olurdu. 2003-ci ildə supermodel Jizel Bündhen, "Dior" və Qalyano növbəti dəfə əxlaq normalarını pozmaqda və reklamlarda seksin istismar edilməsi ilə bağlı qalmaqalın mərkəzində oldular. Ajiotajın səbəbi açıq-saşıq reklam kadrları idi. Əsas qəhrəmanın - qaynar braziliyalı gözəlin yarıçılpaq sinəsində, yorğun və bir qədər tərli sifətində ikimənalı ifadə var idi. Bu da sətiraltı erotikliyə, intim münasibətə eyham vururdu. Bu dəfə moda evi cərimə edilmədi, lakin "Dior"un kreativ komandası bir daha onu təkrarlamağa cəsarət etmədi.

Dior, 2003 год

"Tom Ford", 2007-ci il

"Gucci" və "Yves Saint Laurent" moda evlərində hay-küy yaradan reklamlara imza atan Tom Ford öz brendini yaratdıqdan sonra əxlaq norma və davranışlarını tamamilə unutdu. 2007-ci ildə çəkilmiş reklam fotosessiyası heç bir jurnalda dərc olunmasa da, interneti partlatdı. Şok o idi ki, qız iki döşünün arasında ətir flakonu tutmuşdu. Bunu qlamur porno hesab etdilər. Reklam çarxı, fotoları heç yerdə çıxmasa da, yaddaşlarda qaldı.

Tom Ford, 2007 год

"Dolce & Gabbana", 2007-ci il

Domeniko Dolçe və Stefano Qabbana qalmaqallara alışıblar. Vergi müfəttişləri ilə problemlər yaşayan dizaynerlər açıq, çağıran reklam kampaniyalarına sevgiləri ilə məşhurdurlar. Bu kampaniyalardan biri 2007-ci ilə aiddir. Hətta bu reklama İtaliya hökuməti səviyyəsində münasibət bildirilib.

"Bu qrup şəklində zorlamaya təhrikçilikdir", - deyə nazirlər bildirmişdilər. Nazirlərin fikirlərini çoxsaylı ictimai təşkilatlar da dəstəkləmişdilər. Təşkilatlar qlamur jurnalları reklam kampaniyasını boykot etməyə çağırmışdılar. Nəticədə reklamın yayımı məhdudlaşdırıldı. Siciliyalı duet isə istəyinə nail oldular. Adlarının ətrafında çoxlu səs-küy yarandı.

Dolce & Gabbana, 2007 год

"Emporio Armani", 2009-cu il

Hətta çoxuşaqlı Bekhemlər ailəsinin adı qalmaqallı moda reklamında hallanıb. 2009-ci ildə Devid və Viktoriya "Emporio Armani" markasının reklam kampaniyasında çəkiliblər. Ər-arvadın uzanıqlı vəziyyətdə ağ-qara şəkilləri London, Milan, Paris, Nyu-York, Roma, Tokio və Los-Anceles küçələrindəki böyük billdordları bəzəyirdi. Ər-arvad arasındakı cinsi gərginlik adi gözlə də görünürdü. Reklamın yanından keçən valideynlər uşaqlarının gözlərini bağlayırdılar, sürücülər isə çətinliklə yol qəza hadisələrindən yayınırdılar.

Emporio Armani, 2009 год

"Diesel", 2010-cu il

İtalyan brendi "Diesel"in bu kreativ reklamı indi bəyənilir, reklam və marketinq fakültələrində öyrənilir. Vaxtilə isə yayımı qadağan edilmişdi. Buna səbəb isə reklamın süarı idi: "Ağıllı insanların planları, axmaqların isə tarixçəsi var". Cəmiyyətdəki müdafiəçilər bu sözləri mənəviyyata zidd hesab edirdilər. Plakatlardakı yarıçılpaq bədənlər də cəirmələr tətbiq etmək üçün bəhanə oldu. Lakin ideya o qədər populyar oldu ki, internetdə brendin "Axmaq ol" mövzusu pərəstişkarlar topladı. Beləliklə, kampaniyanın müəllifləri reklamın tirajlanmasına qoyulan qadağandan nəinki itirdilər, hətta daha çox qazandılar.

Diesel, 2010 год

Xəbər lenti

DAHA ÇOX XƏBƏR