Azərbaycanın cazibədar modeli seksual qadın obrazında - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanın cazibədar modeli seksual qadın obrazında - Fotolar

Azərbaycanın cazibədar modeli seksual qadın obrazında

Bu ilin sentiyabr ayında Türkiyənin İzmir şəhərində ölkəmizi “Miss Exclusive of the World beynəlxalq” gözəllik müsabiqəsində təmsil edən taninmış model və aktrisa Tamilla Həmidova yenidən kamera qarşısına keçib. Tabloid.az xəbər verir ki, bu dəfə o, özəl olaraq fotosessiya etdirib. Bu haqda xəbəri təşkilatçı Aqil Məmiyev verib: “Tamilla artıq ölkməzi bu il dünyanın sayılıb seçilən yarışlarından biri olan “Miss Exclusive of the World” beynəlxalq gözəllik yarışmasında təmsil etdi. O, dünyanın ən yaxşı 7 model siyahsına düşdü. Tamillaya görə bir neçə əcnəbi rejissorlar müraciət ediblər. Onlar modelimizi film və seriallarına çəkmək istəyirlər. Artıq onlarla razılaşmışıq. Yaxın günlərdə fillə bağlı məlumat verəcəyik. Onu da, nəzərinizə çatdıraq ki, Tamilla bu yaxınlarda yenidən xarici yarışmada ölkəmizi təmsil edəcək. Yaxın günlərdə yarışma ilə bağlı geniş məlumat verəcəyik”.

Fotosessiyada o, rok tərzində seksual qadın obrazını yaradıb. Model motosikletlə çəkdirdiyi fotolarda seksual qadını yetərincə canlandıra bilib. Qeyd edək ki, modelin yayda çimərlikdə çəkdirdiyi fotoları da mətbuatda səs-küy yaratmışdı.

Tabloid.az modelin yeni fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm