Çəkini nəzarətdə saxlayan dadlı qidalar
Bizi izləyin

Tabloid.az

Çəkini nəzarətdə saxlayan dadlı qidalar

Yeyərək arıqlayın!

İdeal çəkidə qalmaq və ya 4-5 kilo arıqlamaq istəyənlər dadlı yeməklərdən əl çəkib, pəhriz siyahılarında yer alan dadsız-duzsuz qidalara meyil edirlər. Ona görə də çox vaxt bu pəhrizlər 1-2 gündən artıq davam etmir. Çünki insan dadlı qidalar üçün darıxır və iradəsi iştahasına məğlub olur.

Ancaq Tabloid.az sizin üçün həm dadlı, həm sağlamlığınız üçün faydalı olan və yedikcə çəkinizi nəzarətdə saxlamağa kömək edən qidaları araşdırıb.

Qəhvə

Qəhvə antioksidantlar sayəsində qandakı yüksək qlükozanın miqdarını azaldır, mədə şirəsinin ifrazını artırır, həzmi nəzarətdə saxlayır. Belə ki, araşdırmalar səhər yeməyindən əvvəl qəhvə içənlərin daha sürətlə kilo verdiklərini ortaya çıxarıb.

Zeytun

Gündə 12 ədəd zeytunla çəkiyə nəzarət etmək mümkündür. Zeytun mükəmməl vitamin və zülal qaynağıdır. Zeytun və zeytun yağı mədə və mədəlatı vəzin fəaliyyətini yaxşılaşdırır.

Bir qaşıq zeytun yağı bağırsağı təmizləyir.

Sitrus meyvələr

İnsulinin səviyyəsini tənzimləyərək yemək arzusunu azaldan sitrus meyvələr insan sağlamlığı üçün çox faydalıdır. Qreypfrut ən təsirli yağ yandırıcı meyvə hesab edilir.Portağal, narıncı, limon və qreyfrut kimi meyvələr orqanizmi toksinlərdən təmizləyir və immuniteti gücləndirir.

Kələm

A,C vitamini, kalium, kalsium, fosfor, yod və minerallarla zəngin olan bu tərəvəz immuniteti, damarları möhkəmləndirir, tənəffüs yollarının, həzm sisteminin işini yaxşılaşdırır. Kələmin həzmi üçün onun kalorisindən daha çox enerji tələb edilir. Beləliklə o, kilonu nəzarətdə saxlamağa kömək edir.

Yer kökü

Mədə-bağırsaq sisteminin işini asanlaşdırır. Lifli qida olduğu üçün kökələtmir. Vitaminlə bol olduğu üçün aclıq hissi zəifləyir və uzun müddət insan özünü tox hiss edir.

Toyuq şorbası

Əsas qidadan öncə toyuq şorbası içənlər daha az kalori qəbul edirlər. Bu yemək insanda toxluq hissi yaradır.

Toyuq şorbası zülal, yağ turşuları, B vitamini, dəmir, kalsium, maqnium mənbəyidir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm