• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qış aylarında üşüməmək üçün bunları yeyin

Qış aylarında üşüməmək üçün bunları yeyin

Soyuq havalarda geyiləcək paltarlar qədər yeyiləcək qidalar da çox əhəmiyyətlidir. Soyuq havalarda mütəxəssislərin məsləhət bildiyi yeməklər yeyildiyi zaman bədənin istiliyini saxlamaq mümkün olur.

Soyuq havanın insan sağlamlığına mənfi təsirini aşağı endirmək üçün qış aylarında nələr yemək lazımdır?

Şokoladlı tort bədənin istiliyini artırır.

Başda tut və üzüm doşabı olmaq üzrə digər doşab növlərinin də bədəni istilədərək, soyuqdan qoruduğunu bildirən mütəxəssislər səhərlər evdən çıxmazdan əvvəl yarım çay stəkanı doşab içildiyi zaman bədənin soyuğa qarşı müqavimətinin artırdığını söyləyirlər.

Mütəxəssislər üşüməmək üçün qış aylarında qırmızı ət istehlakının artırılmasının vacibliyini vurğulayırlar.

Qırmızı ət maddi baxımdan sizə sərf etmirsə, balıq onu əvəz edən alternativ ola bilər. Qış mövsümü olduğu üçün ucuz qiymətə balıq tapmaq mümkündür. Balıq omeqa-3 mənbəyidir, immunitetin gücləndirilməsi üçün çox dəyərli qidadır.Qış aylarında həftədə 1-2 dəfə yeyilməlidir.

Lobya, noxud kimi paxlalıların yeyilməsi bədənin istilik tarazlığını qoruyur.

Enerji anbarı olaraq quru meyvələr də sizi istilədə bilər. Mütəxəssislər xüsusilə quru üzüm və quru qaysını məsləhət görürlər.

Zülalla zəngin olan yumurta da bədənə istilik verən qidalardandır.

İspanaq, cəfəri, kəvər və digər yaşıl yarpaqlı qidalar ilə badam və fındıq qəbulu üşüməyə mane olan qidalardır.

Zeytun və pendir də soyuqdan qoruyucu xüsusiyyətlərə malikdir.

Artıq çəkidən, xolesteroldan əziyyət çəkməmək üçün qış aylarında yağlı qidalardan uzaq durub, immunitet sistemini gücləndirən qidalara da yer verilməlidir.

Hər gün təzə tərəvəz yeyin. Günorta və axşam yeməyində yüngül salatlar yeyin. Cəfəri, ispanaq, turp kimi göyərtilərə də yer verin.

Hər gün mütləq meyvə yeyin. Xüsusən də C vitamini ilə zəngin olan meyvələrdən.

Qış aylarında metabolizmi gücləndirmək A və E vitaminlərinin üzərinə düşür. Qırmızı ət, balıq, süd, yumurta, portağal, alma bu vitaminlərlə boldur.

Həm E vitamini qəbul etmək, həm də üşüməmək üçün həftədə 2-3 dəfə paxla yeyin. Yeməklərdə bitki yağı, yaşıl yarpaqlı tərəvəzlər istifadə edilməlidir.

Dəniz məhsulları, buğda, badam, yağlı toxumlarda olan sink mineralı, süd, ət, göbələk, dəniz məhsullarında olan selenium bədəni gücləndirir və enerji verir.

Yumurta, süd, qatıq, pendir, ət kimi yüksək proteinli qidaları ən az gündə iki dəfə yeyin.

Bədənin infeksiyalara qarşı müdafiəsini gücləndirmək üçün hər gün qatıq yeyin.

İdman qan dövranını sürətləndiriyi üçün üşüməyə qoymur, sağlamlıq üçün nə qədər faydalı olduğunu deməyə ehtiyac yoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR