Dünyanın ikinci ən qiymətli bitkisinin inanılmaz faydaları
Bizi izləyin

Tabloid.az

Dünyanın ikinci ən qiymətli bitkisinin inanılmaz faydaları

Dünyanın ikinci ən qiymətli bitkisinin inanılmaz faydaları

Vanil (latın dilində "vanilla") səhləb fəsiləsinə aid olan sarmaşıqlı bitki cinsidir. Vanil bitkisinin əsas vətəni Meksika sayılır. Ancaq bu bitki ən çox Madaqaskarda becərilir. Yarpaqlarının rəngi yaşıl, çiçəklərinin rəngi ağ (yaşımtıl ağ), meyvələrinin rəngi isə qəhvəyidir. Meyvələrinin uzunluğu 15-25 sm-ə çatır. Vanil əkildikdən sonra ilk məhsulunu təqribən 3 il sonra verir. Dünya üzrə vanilin 150 növü məlumdur. Vanil, eyni zamanda, dünyada zəfərandan sonra ən bahalı ikinci ədviyyatdır. Əvvəllər vanildən qoxu vermək üçün istifadə edilirdisə, sonralar vanildən dad vermək üçün istifadə etməyə başladılar. Vanil kalsium, natrium və ferrium minerallları ilə də zəngindir. Digər tərəfdən, vanilin tərkibində xolesterol yoxdur. Həmçinin, tərkibində şəkər olduğu üçün kalori miqdarı yüksəkdir.

Avropanın vanillə tanışlığı Amerika qitəsinin kəşfindən sonra, yəni, 1520-ci ildə baş vermişdir. Belə ki, vanil Avropaya kakao bitkisi ilə birlikdə ispaniyalılar tərəfindən gətirilib. Ancaq buna baxmayaraq, vanili uzun müddət Meksikadan kənarda yetişdirmək mümkün olmayıb. Qədim dövrlərdə isə vanildən (daha doğrusu, vanil çubuqlarından) pul kimi istifadə edirdilər. Məsələn, azteklər (xüsusilə də, aztek imperatoru Montesuma) vergiləri pul əvəzinə vanil çubuqları ilə yığırdılar.

Yaşıl halda toplanıb suda pörtlədib sonra qurudulmuş meyvələri istifadə edilir. Xüsusi qoxulu vanilin maddəsi ancaq fermentativ qurutma nəticəsində meydana gəlir. Adətən evlərdə istifadə edilən vanil təbii deyil. Təbii vanilin toz halına gətirildikdə kristallaşdırma parıltılar nümayiş etdirir və həqiqətən çox gərgin qoxu verir. Vanilin dadı acıdır. Soyuq suda çox çətin (1:100), isti suda çox asan (1:20) həll olur.

Vanilin faydaları:

Bədənə qüvvət verir. Sinirləri sakitləşdirir və psixoloji böhranı aradan qaldırmağa yardımçı olur. Temperaturu salır.

Vanil daha çox mətbəxlərdə istifadə edilən bir bitkidir. Xoş ətirli vanil ətir sənayesində də istifadə edilir.

Vanil mədə və sinir sistemini üzərində xəbərdaredici təsirlərə malikdir. Vanil mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə olunur. Maddələr mübadiləsinin sürətlənməsinə yardım edir. Kalsium, natrium və dəmir mineral ehtiva edir.

Vanilin tərkibində heç xolesterol yoxdur, amma şəkər nisbəti yüksəkdir. Bu səbəbdən kalori dəyəri çoxdur. Bu qoxu çox insan üçün xəbərdaredici, eyni zamanda gərginliyi üzərindən atmağı təmin edir və bədəni sakitləşdirir.

Həzmi asanlaşdırır. Tənəffüs yollarını təmizləyir və öskürəyi kəsməyə yardımçı olur. Öskürəyin qarşısının alınmasında da rolu var.

Yorğunluğun aradan qaldırılamasında ideal bitkidir. Stresin və yuxusuzluğun aradan qaldırılmasında ideal vasitədir. Müqavimətin artmasına kömək edən bitkilər siyahısına daxildir.

Qan dövranının nizamlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm