Türkiyənin əsrarəngiz səsli sənətçisi Bakıda konsert verib – Fotolar
Bizi izləyin

Tabloid.az

Türkiyənin əsrarəngiz səsli sənətçisi Bakıda konsert verib – Fotolar

Türkiyənin möhtəşəm və əsrarəngiz səsə malik sənətçisi Cem Adrian Bakıda ilk dəfə konsert verib.

Türkiyənin möhtəşəm və əsrarəngiz səsə malik sənətçisi Cem Adrian Bakıda ilk dəfə konsert verib.

Tabloid.az məlumat verir ki, “Şeker Prens ve Tuz Kral” adlı solo konsert paytaxtımızda yerləşən ticarət və əyləncə mərkəzlərindən birində olub.

İfaçı səhnəyə yarım saat gec gəlib. Cem səhnəyə çıxan kimi onu dinləməyə gələnləri salamlayıb. O, Azərbaycanda ilk dəfə olmağından məmnunluq duyduğunu deyib:

“Bu, mənim Azərbaycana ilk səfərimdir. Bizi çox yaxşı qarşıladınız. Buna görə hamınıza minnətdaram”.

İki saata yaxın səhnədə qalan Cem Adrian repertuarında yer alan “Her kes gider mi”, “Mutlu yıllar”, “Sen yağmurları sevdiğinde” və digər sevilən mahnılarını ifa edib. O, həmçinin “Uzun incə bir yoldayım” və “Dostum, dostum” adlı türküləri də oxuyub.

Onun hər mahnısı gur alqışlarla qarşılanıb. Cem hər ifasından sonra onu alqışlayan izləyicilərinə “təşəkkür edirəm” deməyi də unutmayıb.

Qeyd edək ki, “SOS Production” tərəfindən təşkil olunan konsertin biletləri 30-70 manat arasında dəyişib.

Məlumat üçün bildirək ki, Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. Əslən bosniyalı, eləcə də türkdür. Hələ orta məktəbdə oxuyarkən musiqi təhsili alıb. Elə ilk səs yazısı da bu zaman işıq üzü görüb.

Bəstəkar, söz yazarı, prodüser və həm də rejissor kimi də fəaliyyət göstərən Cem bassdan sopranaya qədər bütün səs temberlərində ifa edə bilir. O, 7 oktavalıq səsinin yalnız 4.5-5 oktavasından istifadə edə bilir. Onun səs telləri normal insanın səs tellərindən üç dəfə uzundur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm