Uzun saç kimlərə daha çox yaraşır? - Fotolar
Bizi izləyin

Tabloid.az

Uzun saç kimlərə daha çox yaraşır? - Fotolar

Uzun saç kimlərə yaraşır?

Uzun saçların üz quruluşuna yaraşması boya, kiloya və yaşa bağlıdır. Uzun, baxımlı və sağlam saçlar qadınların iftixar mənbəyidir. Bəs, kişilərin də qadınlarda daha çox üstünlük verdiyi bu saç modeli ən çox kimlərə yaraşır?

Qadınlığın, qadınlığın gücünü təmsil edən uzun saçlar hər zaman klassik və üstünlük verilən bir model qalır. Qısa saçların müasir və havalı mövqeyi heç vaxt danılmazdır, amma istədiyiniz zaman açıq qoya bildiyiniz, istədiyiniz zaman nəcib at quyruğu və ya toppuz halına gətirdiyiniz uzun saçlar haqlı səbəblərlə daha çox üstünlük verilir.

Saçınızı uzatmağa qərar verməzdən əvvəl bəzi məqamları nəzərə almalısınız:

Həyat tərziniz necədir?

Gərgin bir iş qadını və ya məşğul bir ana uzun saçı vəziyyətə görə əvəzolunmaz nemət və ya narahatlıq kimi qiymətləndirə bilər. Uzun saçları at quyruğu yığaraq çox rahat hərəkət edə bilərsiniz, amma uzun saçın baxımı, yuyulması, qurudulması, formaya salınması zaman alır.

Saç obrazınız nədir?

Buruq və ya dalğalı saç, uzunluğu daha rahat qaldırır. Çünki onsuz da bu saç tipinə həcmli olması səbəbindən qısa modellər o qədər də uyğun deyil. Uzun və düz saçların isə baxımlı olması əsas şərtdir!

Üz quruluşunuz necədir?

Uzun saçların oval, girdə, üçbucaq və ya dördkünc hər üz quruluşu üçün əlverişli olduğu deyilir. Əslində isə uzun saçların üzə yaraşması üz quruluşundan çox kilo, boy və yaşla əlaqəlidir. Məsələn, balaca boy və kök xanımları uzun saçlar daha arıq göstərir. Bununla yanaşı əgər üzünüzdə saxlamağı arzu etdiyiniz bir iz, qüsur və ya yara varsa, saçlarınızı uzatmalısınız.

Baxım

Əslində hər saç tipinin və modelinin baxıma ehtiyacı var. Ancaq uzun saçlarda bu ehtiyac bir az daha önə çıxır. Səbəbi odur, saç uzandıqca ucları köhnəlib qırılır. Ya da saç uzun olduğu üçün saçqıranlar daha çox gözə batır! Hər şəraitdə saç baxım məhsulları ilə saçlara qulluq etməniz şərtdir. Bundan başqa, mümkün olduğu qədər saçlarınızı açıq qoymağa, saça zərər verən rezinlərlə çox toplayıb korlamamağa diqqət edin. Saçları düzgün fırçalarla daramaq da çox əhəmiyyətlidir!

Uzun saçlar hər kəsə yaraşır, amma xüsusilə artıq çəkini gizlətmək və yaş olaraq daha böyük, yetkin görünmək istəyənlər seçim edə bilər. İşin maraqlı tərəfi uzun saçların orta yaşlı qadınları olduğundan daha gənc göstərməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm