Humay Qədimova şahzadə oldu
Bizi izləyin

Tabloid.az

Humay Qədimova şahzadə oldu

Tarzən-müğənni Humay Qədimovaya “tarın xanım şahzadəsi” adı verilib.

Tarzən-müğənni Humay Qədimovaya “tarın xanım şahzadəsi” adı verilib. Sənətçi bunu sənətinə verilən qiymət kimi dəyərləndirsə də, sosial şəbəkələrdə bəzi insanlar ifadəni birmənalı yanaşmayıb, sənətçinin özünün belə bir addım atdığını düşünüblər.

Mövzuya aydınlıq gətirən Humay xanım bildirib ki, dəfələrlə olduğu qastrollarda onu dinləyib, qiymət verən insanlar tarzən xanımı peşəsinin şahzadəsi kimi təqdim ediblər:

"Əcnəbilərdə belə bir adət var, dinlədiyi ifaçıya qiymət verdikdə, onu bu qəbildən adlarla təltif edirlər. Mən barəmdə “tarın xanım şahzadəsi” ifadəsini dəfələrlə eşitmişəm, bunu təkrarlamaqdan çəkinmirəm də. Tar ifaçılarının əksəriyyəti kişilərdir. Yeni nəsil arasında meydanda məndən başqa xanım ifaçı yoxdur. İndi tələbələrim arasında xanımlar da yetişir, amma əvvəl buna rast gəlmirdim. Əgər sənətimi sevirəmsə və yaşımın çoxunu bu sənəti öyrənməyə həsr edib, onu peşəkar səviyyədə tamaşaçıya çatdırmağa çalışıramsa, niyə də qiymətləndirilməyim?!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm