Hülya Avşar cinsiyyətini dəyişdirən aktyorla eyni filmdə - Fotolar
Bizi izləyin

Tabloid.az

Hülya Avşar cinsiyyətini dəyişdirən aktyorla eyni filmdə - Fotolar

Avşar qızı homoseksualların eşqindən bəhs edən filmə çəkilir

51-ci “Beynəlxalq Antalya Qızıl Portağal” kino festivalında "ən yaxşı film" də daxil olmaqla 6 mükafata layiq görülən “Quzu” filminin rejissoru Kutluğ Ataman yeni filmi “Oryantalya” ilə türk kino tarixinə düşəcəyini iddia edib.

Filmini “Heç bitməyən bir eşq hekayəsi və erotik nağıl” kimi qiymətləndirən rejissor “Oryantalya”da baş rolları Hülya Avşarla cinsiyyətini dəyişdirərək gündəmə gələn Rüzgar Ərkoçların oynayacağını bildirib.

Atamanın sözlərinə görə, filmdə 19 yaşlı yaraşıqlı Mazlumun qeyri-adi həyat hekayəsindən bəhs edilir.

“Mazlum kasıb olduğu üçün aşiq olduğu Vicdanla evlənməyinə icazə verilmir. Vicdanın ailəsindən intiqam almaq istəyən Mazlum ən yaxın dostunu, Vicdanın əkiz qardaşını (Civan) öldürür. Ancaq sonradan yanlışlıqla Civanın əvəzinə Vicdanı öldürdüyünü anlayır. “Oryantalya” eşq və ehtirasın səbəb olduğu cinayətin hekayəsini nəql edir. Ehtiras Mazlumun işlədiyi cinayətin cəzası olur. Mazlum sonsuza qədər sevməyə, sevdiyi insanı yenidən öldürməyə və onu təkrar tapıb sevməyə məhkum edilir.

Rejissor filmin ana xəttinin seks və cinsəllik olduğunu vurğulayıb:

“Bu hekayenin əsas obrazı cinsəllikdir. Homoseksual və hetoroseksual erotizm, ehtiras və seks binaların divarlarından axacaq, istisi asfaltı əridəcək”.

Filmin çəkilişlərinə 2016-cı ildə başlanılacaq. Çəkilişlərin Kiprin Maraş bölgəsində aparılması planlaşdırılır.

Qeyd edək ki, Hülya Avşar bu aralar illər öncə rol aldığı filmdə canlandırdığı masturbasiya səhnəsi ilə bağlı açıqlamaları və açıq-saçıq fotosessiyası ilə gündəmdədir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm