• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Modanın "qızıl illəri"ndən günümüzə inteqrasiya olunan dəb tendensiyaları - Fotolar

Modanın "qızıl illəri"ndən günümüzə inteqrasiya olunan dəb tendensiyaları - Fotolar

Dəb tendensiyaları illər sonra yenidən qarşımıza çıxa bilir. Moda dizaynerləri keçmiş illərdən tez-tez ilham alırlar.

Tabloid.az bu dəfə 90-cı illərdən günümüzə gəlib çıxan trendləri araşdırıb. 90-cı illər modanın ən qaranlıq dövrü hesab olunurdu. Ancaq bir müddət sonra 90-cı illər modelyerlərin və stil ikonalarının ən çox ilham aldığı dövr oldu. Hətta 2010-cu ildən sonra həmin dövr modanın “qızıl illəri” kimi xatırlanmağa başlandı.

Hazırda isə demək olar ki, bütün stilistlər, vizajistlər 90-cı illərin trendlərini yeniləyərək bizə təqdim edirlər.

Bu il xüsusilə dəbdə olan zoğalı rəng dodaq boyası 90-cı illərdə fərqli tərzdə istifadə olunurdu. Daha çox ağbəniz xanımlar bu dodaq boyasından istifadə edirdilər. Ancaq hazırda qaraldıcı vasitələrdən istifadə etdikdə bu rəng dodaq boyası çəkmək tövsiyə olunur. Bu il bir çox modelyerin dəfilələrində modellər də bu rəngə üstünlük veriblər.

90-cı illərdə saç trendləri çox çılğın idi. Onlardan biri də saçları rəngarəng boyamaq idi. O zamanlar rəngli saç tuşlarını satışa çıxaran “L'Oréal” firması məhsullarının iki həftədə satılıb qurtardığını açıqlamışdı.

Həmin illərdə ən populyar rənglər qırmızı və mavi idi. İndi də bu dəb yavaş-yavaş gündəlik həyatımıza daxil olmağa başlayıb. Ancaq indi saçını qeyri-adi rəngə boyamaq istəyən xanımlar daha çox rəngli saç təbaşirlərindən istifadə edirlər. Bu təbaşirlərin istənilən rəngini tapmaq mümkündür və saç tuşundan fərqli olaraq 3 dəfə yuduqdan sonra gedir.

Hazırda ən çox yaşıl, çəhrayı və bənövşəyi saç təbaşirləri satılır.

90-cı illərin çılğın saç trendlərindən biri də saçları at quyruğu yığıb, arasına zinət əşyaları və ya daş-qaşlı saç aksessuarı düzmək idi. Bu tərz hazırda bir az fərqli versiyada yenidən qayıdıb. Belə ki, xüsusilə “Chanel”in dəfiləsində gördük ki, saçlara müxtəlif lentlər və parçalar bağlamaq dəbə düşüb.

1990-cı illərin makiyaj stilləri də qeyri-adi idi. Çılğın qızlar alt kirpiklərinə qalın xətt şəklində qara qələm çəkirdilər, nəticədə sanki göz makiyajı axıbmış kimi təəssürat yaranırdı.

Podiumlarda gördüyümüz qədəri ilə bu dəb də 2015-ci ildən həyatımıza daxil olacaq.

"Modanın qızıl illəri"ndə dırnaqlarda fransız manikürü hakim idi. Uzun dırnaqlara qalın ağ rəngli xətlər çəkilirdi. Hazırda isə bu manikürü müxtəlif rənglərlə etmək mümkündür. Yenə də ağ rəngin sadəliyindən vaz keçməyənlər eyniylə 90-cı illərdəki kimi manikür etdirsələr, dəblə ayaqlaşmış hesab edilə bilərlər.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR