“Müslüm Maqomayev haqqında xatirələr”
Bizi izləyin

Tabloid.az

“Müslüm Maqomayev haqqında xatirələr”

Nizami Kino Mərkəzində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimat mərasimi olub.

Nizami Kino Mərkəzində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimat mərasimi olub.

Tabloid.az xəbər verir ki, Azərbaycanın xalq artisti, rejissor Tofiq İsmayılovun “Salnamə” studiyasında lentə aldığı filmdə Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında söylədikləri xatirələri, sənətkarın müxtəlif illərdə etdiyi ən gözəl ifaları, ilk dəfə nümayiş olunan kinoxronika kadrları yer alıb.

Filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev film haqqında fikirlərini söyləyib, təqdimat mərasiminin M.Maqomayevin anım gününə təsadüf etdiyini qeyd edib.

Sənədli lentin rejissoru Azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun təklifi ilə qonaqlar filmin nümayişindən qabaq Müslüm Maqomayevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Nizami Kino Mərkəzinin foyesində, qonaqlar sənətkarın yaradıcılığını əks etdirən foto sərgi ilə də tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm