40 yaşından sonra şıq görünmək üçün bunları mütləq bilməlisiniz! – Fotolar
Bizi izləyin

Tabloid.az

40 yaşından sonra şıq görünmək üçün bunları mütləq bilməlisiniz! – Fotolar

40 yaşdan sonra geyimlərinizi yaşınıza uyğun seçməlisiniz

Gənc qızların özlərini yaşca böyük göstərən geyimlər geyinməsi xoş qarşılanmır. Eləcə də 40 yaşdan sonra gənc qız kimi geyinmək də sizi şıq göstərməyəcək.

Ona görə də 40 yaşdan sonra geyimlərinizi yaşınıza uyğun seçməlisiniz. Tabloid.az ulduzların geyim tərzindən nümunə götürərək bu yaşlarda olan xanımlar üçün ən ideal paltarları seçib:

Pencək

Pencəklər 40 yaşdan sonra xanımların ən çox sevdiyi geyimlərinə çevrilirlər. Həm ətəklə, həm də şalvarla geyinmək mümkün olduğu üçün bir pencəyi müxtəlif paltarlarla kombinləmək mümkün olur. Üstəlik, hava təxmin etdiyinizdən daha isti olduqda pencəyinizi çıxarıb əlinizdə gəzdirə bilərsiniz. Pencəyin bir digər xüsusiyyəti isə qadına ciddi bir görkəm verməsidir. Bu da xüsusilə karyera sahibi olan qadınlar üçün çox önəmlidir.

Ətək

Ətək hər yaşda xanımların ən sevimli geyimləridir. Ancaq 40 yaşdan sonra ətəyin uzunluğunu düzgün seçmək lazımdır. Bu yaşlarda olan xanımlar üçün ən ideal ətək uzunluğu dizin üstüdür.

Bu tip midi ətəklər heç vaxt dəbdən düşmür. Qələm ətəklər də sizin üçün ideal seçim ola bilər.

Köynək

Nə qədər rahat olsa da, üstü yazılı koftalar və tşörtlər gənclər üçün nəzərdə tutulub. 40 yaşdan sonra qarderobunuzda çoxlu köynəklərə yer açın. Əgər rahat və idman üslubuna yaxın bir geyim tərzi axtarırsınızsa, o zaman köynəklərin qolunu çirmələyin. Köynəklərin bu tip qolunu qıvıraraq dirsəyə kimi yığmaq sizi olduqca dəbli göstərəcək.

Şalvar

Şalvar seçərkən bədəninizin formasına yaraşmasına və qüsurlarınızı gizlətməsinə diqqət etməlisiniz. Şalvar çox dar olmamalıdır. Həmçinin böyük naxışlardan istifadə edilmiş şalvar modellərindən də uzaq durmalısınız. Kətan və ya pambıq parçadan tikilmiş şalvar alırsınızsa, kiçik naxışları olan modelləri seçə bilərsiniz.

Gündəlik donlar

40 yaşdan sonra bədəninizə yapışan donlardan, libaslardan uzaq durmalısınız. Ən ideal seçim belində kəmər olan libaslardır. Beləliklə, belinizdəki qıvrımı ortaya çıxararaq daha cazibədar görünəcəksiniz.

Xüsusi günlər üçün libaslar

Dəvətlərə gedərkən tünd rəngli paltar seçməyə diqqət edin. Qara, zoğalı, boz rənglər həm şıq, həm də zərif görünmək üçün ideal rənglərdir. Libasınızın çox qısa olmaması, diz üstündə durması sizə əlavə gözəllik verəcək.

Unutmayın ki, uzun, quyruqlu bir ziyafət geyimi və ya mini bir don geyinərək gecənin ən diqqətçəkən xanımı ola bilərsiniz, ancaq ən şıq xanımı daha sadə və yaşına uyğun geyinən olacaq.

Dekoltenin də çox olmamasına diqqət edin. Kiçik kürək və sinə dekoltesi kifayət edəcək. Ancaq hər iki dekoltedən eyni zamanda istifadə etməyin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm