Tabloid.az
Diqqət! Bu vərdişlər qırışlara səbəb olur!
Bəzi vərdişlər dərinin tez qocalmasına və qırışların yaranmasına səbəb ola bilər. Tabloid.az bunun qarşısını alan və sizin bilməyiniz lazım məqamları açıqlayır.
Bu gün etdiyiniz səhvlər özünü hələ göstərməyə bilər. Ancaq gələcəkdə dəriyə əhəmiyyətli dərəcədə təsir etməsi qaçılmazıdr. Bəli, günəşin altında saatlarla müdafiəsiz qalan dəridə mütləq qırışlar yaranacaq. Bəs bilməyiniz lazım olan daha başqa nələr var? Daha hamar və gənc görünən dəriyə sahib olmaq üçün aşağıdakı dörd vərdişdən uzaq durmağınız lazımdır.
1-ci yana doğru yatmaq:
Aparılan araşdırmalar bəzi yuxu vərdişlərinin qırışlara yol açdığını göstərib. Yorucu iş günündən sonra yatdığın şirin yuxudan bəhs etmirik. Bu qırışlar uzun müddət eyni şəkildə üzünə yastıq qoyub yatanda meydana gəlir və qalıcı olur. Bunun qarşısını almaq üçün ilk təklifimiz kürək üstü yatmağı vərdiş halına gətirməkdir, yox əgər düz yata bilmirsinizsə, yuxu mövqeyini tez-tez dəyişdirməyi sınayın. Gecə kremləri çəkməyi də sınaya bilərsiniz.
2-ci Günəşdən müdafiəsiz halda avtomobil idarə etmək:
Təəssüf ki, maşın şüşələri (və bütün şüşələr) günəşin zərərli şüalarından dərini qorumaq funksiyasına malik deyillər. Günün hər anında dərini günəş şüalarından qorunmasını təmin etməlisiniz. Gündəlik nəmləndirici kremlərin tərkibinə günəş qoruması əlavə etməyi sınayın.
3-cü üzü çox tez-tez yumaq:
Nə qədər çox yusanız, o qədər zərərlidir. Əslində, üzü çox tez-tez və ya sərt şəkildə yumaq dəriyə təzyiq göstərir və zamanla qırışlara səbəb ola bilər. Üzünüzü gündə iki dəfədən artıq yumayın, ən əsası doğru şəkildə yuyulduğundan və makiyajın silindiyindən tam əmin ol. Dərini cavan saxlamaq istəyirsinizsə, onu yumaq əvəzinə çoxlu maye qəbul edin.
4-cü çox kirşan istifadə etmək:
Kirşan dəri görünüşünü matlaştırır və quru göstərir. Çox quru dərili insanların siması isə yaşlı və yorğun görünməyə meyillidir. Bu səbəblə kirşan sürtərkən həddini aşmayın. BB kremlərini sınaqdan keçirməyə nə deyərsən?
5-ci mimikalardan həddindən artıq çox istifadə etmək:
Gözləri tez-tez qırpmaq, qaşları çatmaq kimi müəyyən mimikalar dərinin erkən qırışmasına səbəb olur. Ancaq çox tez-tez gülməkdən dolayı yaranan qırışlar bir qadına yaraşan ən gözəl cavahiratdır.
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR