Gözəlliyinizi çirkləndirən vərdişlərdən xilas olun
Bizi izləyin

Tabloid.az

Gözəlliyinizi çirkləndirən vərdişlərdən xilas olun

Gözəlliyinizi çirkləndirən vərdişlərdən xilas olun

Gözəllik gözəl dəri deməkdir. Gözəlliyinizi qorumaq üçün ona kölgə salan hər şeydən uzaq durun. Əvəzində təbii çaylar, otlar və yaxşı qidalanma proqramına əməl edərək toksinlərdən təmizlənin.

Düzgün qidalanma proqramı və təbii bitki çayları ilə toksinlərdən təmizləsəniz, bədəni istirahətə qərq edərsiniz.

Səhər: Bir stəkan ilıq suya bir qaşıq limon suyu və ya bir qaşıq alma sirkəsi əlavə edərək için.

Nahar vaxtı: Cəfəri və sarımsaq yeyin, həmçinin qırmızı istiot və zəncəfil əlavə edə bilərsiniz. Bu qidalar çiy halda daha faydalıdır. Qırmızı istiot və zəncəfil şorbalara da əlavə edilə bilər.

Qəlyanaltıda: Bədəni toksinlərdən təmizləyən çobanyastığı, zəncəfil, cökə, biyan kimi çaylar için.

Axşam yeməyində: Çobanyastığı çayı rahatlaşdırıcı xüsusiyyətindən əlavə, yuxu üçün də idealdır.

İdeal qidalanma:

Həftədə 1 dəfə bədəni təmizləmək lazımdır. Məsələn, bir gün ərzində təkcə evdə sıxılmış təbii meyvə şirəsi, içməli su və yanında çiy meyvə və tərəvəz yemək təklif edilir.

Bunları süfrədən qaldırmağa və ya çox nadir yeməyə çalışın: qırmızı ət, konservləşdirilmiş ətlər, içalat, hazır satılan qidalar, konservlər, şəkər, duz, doymuş yağlar, qəhvə, spirtli içkilər və nikotin. Mümkün olduqca təbii qidalara üstünlük verməyə çalışın.

Sadəcə filtrdən keçirilmiş, mineralları uyğun və ph səviyyəsi 7 və ya yuxarı olan içməli su için.

Yumurta, buğda, süd və süd məhsullarını müəyyən dövrlərdə sıra ilə yeyin. Hamısını eyni vaxtda yeməməyə diqqət göstərin.

Mövsümə uyğun olaraq meyvə və tərəvəz istehlak etməyə diqqət yetirin.

Süfrənizdə ən çox yer verməli olduğunuz məhsullar: meyvə-tərəvəz, göyərti, taxıl, paxla, yağsızlaşdırılmış süd, qatıq, pendir, ağ ət və təzə balıq olmalıdır.

Limon turşu kimi düşünülsə də, bədənimiz üçün ən ideal tənzimləyici turşu maddələrdən biridir və hər gün bir qədər istehlak edilməsi şiddətlə tövsiyə edilir.

Təbiətin ən yaxşı antibiotiki olan sarımsaq, dərman şəklində satılan antibiotiklər kimi mənfi təsirləri olmayan möhtəşəm antioksidantdır. Müəyyən intervallarda sarımsaq qarışığından bəhrələnmək tövsiyə edilir.

Bir dəstə cəfərini qaynayan suya atıb, qazın altını söndürün və bu suyu ilıq olaraq gün ərzində için, həm xlorofil, həm də digər vitaminlər baxımından ideal detoks mənbəyi olacaqdır.

Bütün bunlara əmət etsəniz, həm dəriniz qüsursuz və gənc qalacaq, həm də artıq çəkidən əziyyət çəkməyəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm