Təhlükədən xəbərsiz yediyimiz 7 məhsulun orqanizmə təsiri
Bizi izləyin

Tabloid.az

Təhlükədən xəbərsiz yediyimiz 7 məhsulun orqanizmə təsiri

Deyəsən, unuduruq ki, təhlükəli hesab etdiyimiz kimyəvi əlavələri, boyaq maddələrini və aromatizatorları demək olar ki, hər gün qəbul edirik.

Son dövrlər genetik modifikasiya olunmuş məhsulların təsiri, gələcək nəsillər üçün ziyanı haqqında həyəcan təbili çalınır. Amma deyəsən, unuduruq ki, təhlükəli hesab etdiyimiz kimyəvi əlavələri, boyaq maddələrini və aromatizatorları demək olar ki, hər gün qəbul edirik.

Bəli, adi, adət etdiyimiz məhsulların tərkibində orqanizm üçün zərərli maddələr var.Tabloid.az həmin məhsulları təqdim edir:

Ət məhsulları: Sosiska, bekon və kolbasa

Мясные продукты

Ət məhsullarının hazırlanması üçün istifadə olunan böyük miqdarda duz və kimyəvi əlavələr insan orqanizminə pis təsir edir. Dadlı, zövqlə kəsilmiş kolbasanın tərkibində kansorogeron maddələr, eləcə də natrium nitrat var. İsveçin Karolin universitetinin alimləri hesab edirlər ki, sosiska mədəaltı vəzin xərçəngi riskini artırır. Podaqra, hipertoniya, ürəyin işemik xəstəliyinin səbəbi həddindən çox kolbasa yemək ola bilər. Kolbasanın tərkibindəki stabilizatorlar, boyaq maddələri, aromatizatorlar həzm orqanlarını qıcıqlandırır.

Saflaşdırılmış bitki yağları

Растительные рафинированные масла

Bitki yağları omeqa 6 və yağ turşuları ehtiva edir. Lakin lazım olandan artıq yağ qəbulu ürəkdə problemlər yaradır və dəri xərçəngi ehtimalını artırır. Sağlam olmaq üçün omeqa 6 və omeqa 3 arasında balans gözlənilməlidir. Omeqa 3-ün mənbəyi skumbriya kimi balıq növləridir.

Üstəlik, təmizlənmiş, saflaşdırılmış yağların tərkibinə həm də transyağlar daxildir ki, bu da ateroskleroz, işemiya, ürəkdə problemlər doğurur. Amma, bu o demək deyil ki, saflaşdırılmamış yağları, xüsusilə də faydalı zeytun yağını dərhal rasiondan çıxarmaq lazımdır. Sadəcə, balansı gözləyin və təmizlənməmiş, xam məhsulu seçin.

Şəkər

Сахар

Müasir diyetoloqlar bu qənaətə gəliblər ki, şəkər demək olar ki, narkotikdir. Şəkərin son nəticədə çevrildiyi qlikogen qaraciyər saxlanılır. Əgər qaraciyər yüklənməyibsə, karbohidratlar yağa çevrilir. Üstəlik, yüksək miqdarda qlükoza orqanizmi üçün zəhərlidir.

Meyvə şirələri

Фруктовый сок

Paketləşdirilmiş meyvə şirəsi demək olar ki, heç bir faydalı maddələr ehtiva etmir. Onun şirin dadı isə aromatizatorların əlavə edilməsi yolu ilə alınmışdır. Yeri gəlmişkən, təzə sıxılmış meyvə şirəsi də ən yaxşı seçim hesab edilmir. Onun tərkibində sellüloza yoxdur, fruktoza vardır ki, o da sadə karbohidratdır. Susuzluqdan əzab çəkirsiniz? Su için.

Duz

Соль

Duzun arterial təzyiq ilə birbaşa əlaqəsi vardır, o, suyu orqanizmdə saxlayır. Əgər normadan artıq duz qəbul edilirsə, orqanizmin qan təzyiqi yüksəlir. Müvafiq olaraq, bu ürəyə, arteriyaya təsir edir, böyrəklərə yük düşür. Həmişə aldığınız malım etiketində duzun mövcudluğunu yoxlayın, əgər o məhsulda duz varsa, yeməyə əlavə duz vurmayın.

Çörək

Хлеб

100% buğda çörəyini lüks supermarketlərdə tapmaq olar. Amma onun qiyməti kifayət qədər bahadır. Kütləvi istehsal olunan çörək isə qondarma zənginləşdirilmiş undan hazırlanır. Onun tərkibində əlavə komponentlər, təmizlənmiş toxumlar, faydalı xassələrindən məhrum olmuş un var.

"Multidənli bitkidən hazırlanan çörək" sözü də taxılın maksimum emala məruz qalmadığına zəmanət vermir.

Mayonez, ketçup və hazır souslar

Майонез, кетчуп и другие готовые соусы

Hətta təmiz yumurta sarılarından, zeytun yağı və ya günəbaxan yağından hazırlanmış mayonez belə çox kalorili məhsuldur. Onu ev şəraitində də hazırlamaq olar. Bu zaman məhsulun insan səhhətinə mənfi təsiri azalır. Ancaq yaxşı olardı ki, onu xama, sarımsaq və ya göyərti əlavə edib qarışdırılmış məhsulla əvəz edəsiniz.

Kütləvi istehsal edilən kepçupun tərkibində modifikasiya edilmiş nişasta vardır ki, ona tomat sousunun rəngini verir.

Marketlərdə hazır satılan bütün salatların tərkibində mütləq və mütləq şəkər vardır. Hətta onun dadı şirin olmasa belə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm