Zərif və rahat yataq otaqları - Fotolar
Bizi izləyin

Tabloid.az

Zərif və rahat yataq otaqları - Fotolar

Zərif və rahat yataq otaqları

Tabloid.az xəbər verir ki, 2015-cü ilin dekorasiya trendləri arasında rahatlıq və eleqantlıq daha çox nəzərə alınıb. Bu il rahatlıqla, zərifliyi bir yerdə təqdim edən mebel dizaynerləri açıq rənglərə üstünlük veriblər. Aksesuar və mebellərlə doldurulmuş deyil, geniş otaqlar dəbdədir.

Süd rənglərini açıq rənglərlə qarışdıraraq son dərəcə gözəl və geniş yataq otağı tərtib bilərsiniz. Tünd rəngli mebelləri dəyişdirmək şansınız və imkanınız yoxdursa, pərdələri, xalçaları açıq rəngdə seçmək kimi alternativiniz var. Həmçinin divarları və qapını da açıq tonlarda boyaya bilərsiniz.

Yataq otağı necə olmalıdır?

Yataq otaqları evli cütlüklər üçün ən əhəmiyyətli və evdə ən çox vaxt keçirdikləri yerdir. Yataq otaqlarının ailə həyatında payı böyükdür. Rahat yataq xoşbəxt münasibət deməkdir.

Yataq dəsti mebelinizin rənginə uyğun gəlmirsə, çarpayının başını dəyişdirə otağa əvvəlkindən daha fərqli ovsunlayıcı bir görünüş qazandıra bilərsiniz.

Həmçinin yataq otağının pərdəsinin, yastıqlarının və yataq örtüyünüzün rəng uyğunluğu çox əhəmiyyətlidir. Hamısının eyni tonda olması önəmlidir, bir-biri ilə uyğunlaşan rənglər seçilməlidir.

Yataq otağınıza kitab oxuma masası, lampa xüsusi ab-hava qatacaq.

Yataq otağına müxtəlif böyük tablolar da əlavə edə bilərsiniz. Çərçivələr və açıq rəflər otağın ruhunu təzələməyə kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm