Qucaqlaşmaq kişidə hansı hissləri oyadır?
Bizi izləyin

Tabloid.az

Qucaqlaşmaq kişidə hansı hissləri oyadır?

Seksdən sonra partnyorunuzu qucaqlayırsınız? Əgər cavabınız “yox”dursa, bir daha düşünün!

Seksdən sonra partnyorunuzu qucaqlayırsınız?

Əgər cavabınız “yox”dursa, bir daha düşünün! Çünki seks zamanı qucaqlaşmağın insan sağlamlığı üçün çox faydalı olduğu ortaya çıxıb.

Araşdırmalar göstərir ki, partnyorunuzu 15 dəqiqə qucaqlamaq həm bədəninizin sağlamlığı, həm də münasibətiniz baxımından olduqca faydalıdır.

Hətta vaxtı olanlar 20-30 dəqiqə qucaqlaşaraq yatsalar daha yaxşı olar.

Toronto universitetində aparılan bir araşdırmanın nəticəsinə görə, seksdən sonra qucaqlaşan cütlüklərin münasibətləri daha uzunömürlü olur. Çünki qucaqlaşan sevgililər arasında səmimiyyət və sevgi hissi artır. Bu zaman insan bədənində oksitosin adlı xoşbəxtlik hormonu ifraz olunur.

Psixoloq Elizabet Lombardo cinsi əlaqəyə girdikdən sonra qucaqlaşan cütlüklərin daha sağlam olduqlarını və bədənlərindəki ağrıların azaldığını deyir. Seks sonrası partnyorunuzu qucaqlamaqla immun sisteminizi gücləndirə bilərsiniz.

Tədqiqatçılar qucaqlaşmağın infarkt riskini də azaltıdğını deyirlər.

Çünki seksdən sonra qucaqlaşarkən bədəndə istehsal olunan hormonlar təzyiq, stress və narahatlıq kimi problemlərin aradan qalxmasına kömək olur.

Orqazm olduqdan sonra sevgilinizi qucaqlayıb yatırsınızsa, ikinci dəfə seksə hazır olmalısınız. Çünki qucaqlaşmaq insanı ehtirasa gətirir və cinsi əlaqə zamanı daha çox həzz almağa şərait yaradır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm