• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səməd Səmədov: “Bir qonaqlığa efirə çıxıb, adamı söyür”

Səməd Səmədov: “Bir qonaqlığa efirə çıxıb, adamı söyür”

Səməd Səmədov yenidən gündəmə gəlib. Belə ki, xalq artisti verilişlərdən birində deyib ki, Nadir Qafarzadənin iti ilə öz itini evləndirmək istəyib. Amma onun Nadirlə qohum olmaq həvəsi ürəyində qalıb. Çünki Əli Mirəliyev verilişlərdə onların bu istəklərini kəskin tənqid edib.

“Biz də dayandırdıq. Gələcəkdə ola bilsin ki, yenidən toy edək”- deyə Səməd Səmədov verilişdə deyib.

“Toylar kralı” statuslu müğənni Tabloid.az-a müsahibəsində yenidən şou yaratmaq istədiyini dilə gətirib:

Səməd Səmədov yenidən gündəmə gəlib.

Xalq artisti verilişlərdən birində deyib ki, Nadir Qafarzadənin iti ilə öz itini evləndirmək istəyib. Amma onun Nadirlə qohum olmaq həvəsi ürəyində qalıb. Çünki Əli Mirəliyev verilişlərdə onların bu istəklərini kəskin tənqid edib.

“Biz də dayandırdıq. Gələcəkdə ola bilsin ki, yenidən toy edək”- deyə Səməd Səmədov verilişdə deyib.

“Toylar kralı” statuslu müğənni Tabloid.az-a müsahibəsində yenidən şou- yaratmaq istədiyini dilə gətirib:

- Həmin verilişdə məndən soruşdular ki, eşitmişik, Nadirlə qohum olmaq, itlərinizi evləndirmək istəyirsiniz? Dedim ki, bu çoxdankı söhbətdir. Bilirsiniz, bunun hamısı şoudur, gündəmə gəlmək üçün edirik. İtlərimizi evləndirəcəyimizi demişdik. Bu, sadəcə, şou idi. Həm də ki, itlərimizin cinsi tamamilə fərqlidir. Mənim itlərim böyükdür. Nadirin iti isə balaca cins itlərdəndir. Aygün Kazımovanın iti də həmin cinsdəndir. Balaca itlər olur ha, bax onlardan.

- Xalq artisti Səməd Səmədovun bu tipli şouya ehtiyacı var?

- Efirdə mənə sual verirlər. Verilən suala da mütləq cavab verməlisən. İkincisi, gündəmdə qalmaq üçün şou yaratmaq lazımdır. Şou yaratmaq üçün isə gündəmin nəbzini tutmaq lazımdır. O baxımdan müğənninin reklama, piara böyük ehtiyacı var.

- Necə düşünürsünüz, müğənni daha çox yaradıcılıqla gündəmə gəlsə yaxşıdır, yoxsa bu cür şoularla ?

- Özümdən danışım. Uzun illərdir ki, gündəmdəyəm və dəbdə olan müğənniyəm. Elə il olmur ki, ən az iki hit mahnı təqdim etməyim. “Bu qızların telinə bax”, “Gözlər, gözlər”, “Arım, balım, pətəyim”, “Nazlı-nazlı yarım”, “Mənə belə xoşsan”, “Öz sevdiyimə evlənirəm” adlı mahnılarım artıq hitə çevrilib. Mənim üçün ilk növbədə yaradıcılıq olmalıdır, sonra isə şou.

- Digər ev heyvanlarından hansılarına marağınız var?

- Ancaq itlərə. Azərbaycanda ancaq it-pişikdir də, başqa hansı ev heyvanı var ki? Müğənnilərin çoxu mənimlə bəhsə giriblər, it alıb saxlayırlar. Çoxu mənə baxıb, it saxlayır.

- Sizcə, yerli şou-biznesin ən populyar və gündəmdə olan müğənnisi kimdir?

- Nadir Qafarzadə, “Mənə onu çağırın gəlsin” mahnısını ifa edən Elçin, Aygün Kazımova, Röya - bunlar ən “bərkgedən” müğənnilərdir.

- Bəs sevilən müğənnilər kimlərdir?

- Mənim sevdiyim müğənnilər İlqar Muradov, Eyyub Yaqubovdur. Qadınlardan isə İlhamə Quliyeva, Flora Kərimovadır. Cavanlardan isə Brilliant xanımdır.

- Siz daha çox kimin ifasını dinləyirsiniz?

- İlqar Muradovu və Eyyub Yaqubovu dinləyirəm.

- Gündəmdə qalmaq üçün hansı qeyri-adi hərəkəti edib, şou yaradırsınız?

- 30 ildən çoxdur ki, bu sənətdəyəm. Məni Azərbaycanın 50 faizi tanıyırdı. Halbuki, neçə illərdir, kliplər çəkdirirəm, hit mahnılar buraxıram, sənətdəyəm, səhnədəyəm. Allah Əli Mirəliyevin canını sağ eləsin. O, məni gündəmə gətirdi. Nəvələrimlə, həyat yoldaşımla hansı rayona gedirəmsə, hamı məni tanıyır. Uşaqdan qocaya qədər hamı qabağıma qaçır ki, Səməd Səmədov gəlib. Əli məni gündəmə gətirdi. Hətta Türkiyədə belə, Əlinin sayəsində populyarlıq qazanmışam. Mən ona cansağlığı arzu edirəm. Bir müddət öncə nasaz idi. Allah ona pul yetirsin ki, heç bir ehtiyacı olmasın. Ümumiyyətlə, arzu edirəm ki, heç kəsin pul ehtiyacı olmasın.

- Hazırda Əli Mirəliyevlə münasibətləriniz necədir?

- Əladır, superdir. Biz hərdən bir toylarda, məclislərdə, tədbirlərdə görüşürük, qucaqlaşıb öpüşürük.

- Demək daha aranızda problem yoxdur?

-Məgər bizim aramızda problem olub ki? Heç bir problem yox idi. Bunlar hamısı şou idi. İndi gündəmdə olmağın ən qısa forması mənim dostum Əli Mirəliyevdir. Gedirsən yanına, ona yaxşı bir qonaqlıq verirsən, o, da çıxır televiziyada səni söyür. Bununla da gündəmə gəlirsən (Gülür).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR