Bred Pitt aparıcının üzünə tüpürdü – Video
Bizi izləyin

Tabloid.az

Bred Pitt aparıcının üzünə tüpürdü – Video

Bred Pitti əsəbləşdirən sual

Tamaşaçılara “Hangover” filmindən tanış olan aktyor Zak Qalifianakisin absurd komediya tərzində hazırladığı şousunun bu dəfəki qonağı dünyaca məşhur aktyor Bred Pitt olub.

Aktyora həyat yoldaşı Ancelina Coli və keçmiş arvadı Cennifer Enistonla bağlı qəribə suallar verən Zak tamaşaçıları həm təəccübləndirib, həm də gülüdürüb.

Veriliş boyu əsəbi şəkildə saqqız çiynəyən Bred Pitt sualları cavabsız qoyub.

Ancaq aparıcının “Hərdən insanların görünüşünlə maraqlandıqları üçün sənin necə bərbad bir aktyor olduğunu başa düşmədiklərini düşünürsən?” sualına əsəblərinə hakim ola bilməyən Bred Pitt ağzındakı saqqızı Zakın üzünə tüpürüb.

Tabloid.az verilişin həmin bölümünü təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm