Xərçəng hüceyrələrini darmadağın edən içki - Resept
Bizi izləyin

Tabloid.az

Xərçəng hüceyrələrini darmadağın edən içki - Resept

"Qızıl süd" sadə içki olsa da, həyatınızı dəyişə bilər

"Qızıl süd" sadə içki olsa da, həyatınızı dəyişə bilər. "Qızıl süd" o qədər faydalı içkidir ki, hamı onu hər axşam içsəydiniz, olmazdı. Bu möcüzə südün əsas tərkibi sarıkökdür. Sarıkökün yarpaqlarında və köklərində sarı rəngli kurkumin boyaq maddəsi və efir yağları var.

Bu içkinin iltihab əleyhinə yaxşı təsir etdiyini söyləmək heç nə deməməkdir. Məsələ ondadır ki, Rusiya mətbuatı bu içkinin antioksidantlar sayəsində xərçəng hüceyrələrini darmadağın etdiyini yazır.

Tabloid.az "qızıl südün" faydalı xüsusiyyətlərini açıqlayır:

Antiseptik və ağrıkəsici təsiri var;

İmmuniteti yüksəldir;

Antikansoregon xüsusiyyətə malikdir;

Xolesterinin səviyyəsini nizamlayır;

Həzm sistemini möhkəmlədir;

Qaraciyəri təmizləyir;

Maddələr mübadiləsinin sürətləndirir;

Orqanizmdə normal təzyiqi tarazlayır;

Beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır;

Dəri xəstəliklərini müalicə edir;

Əsəb pozuntularında köməkçi vasitə kimi istifadə edilir.

Bu içkinin gücünü artıran isə əlbəttə ki, sarıkökə əlavə edilən istiotdur. Adi qara istiotun tərkibindəki piperin maddəsi sarıkökün mənimsənilməsini iki dəfə artırır!

Beləliklə, "Qızıl süd" hazırlayırıq. Başlanğıc üçün sarıkökdən məcun hazırlamaq lazımdır. Bunun üçün aşağıdakılar lazımdır:

1/4 stəkan toz şəklində sarıkök

1/2 çay qaşığı döyülmüş istiot

1/2 stəkan filtrdən süzülmüş su

Bütün inqrediyentlər qarışdırın, zəif odda bir az bişirin, daim qarışdırmağı unutmayın. Bu içkini hazırlayıb soyuducuda saxlamaq olar. Yəni hər dəfə yenisini hazırlamağa gərək yoxdur.

"Qızıl süd" aşağıdakı inqrediyentlərdən hazırlanır:

1 fincan badam südü, hindqozu və ya kakos da yaxşı variantdır

1 çay qaşığı hindqozu yağı

1/4 çay qaşığı və ya daha çox sarıkök məcunu

Bal

Baldan başqa bütün inqrediyentləri qarışdırıb, qaynama həddinə çatdırın. Qazanı oddan götürəndən sonra bal əlavə edin ki, dadı dəyişsin. Balı qaynatmaq olmaz, bu zaman bal öz faydalı xassələrini itirir.

Süd hazırdır! Məmnuniyyətlə için və sağlam olun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm