Gülbən Ərgənin keçmiş ərindən gözlənilməz açıqlama – Foto
Bizi izləyin

Tabloid.az

Gülbən Ərgənin keçmiş ərindən gözlənilməz açıqlama – Foto

“Mən üç uşağımın anası ilə bağlı..."

Bu yaxınlarda Erhan Çeliklə ailə quran müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan Türkiyə mətbuatına maraqlı müsahibə verib.

Müsahibəsində Gülbənlə bağlı sualları cavablandıran Mustafa Ərdoğan səmimi açıqlamaları ilə yadda qalıb:

“Mən üç uşağımın anası haqqında pis heç nə demərəm. Ona çox şey borcluyam. Üç dənə aslan kimi övlad verdiyi, onları yaxşı yetişdirdiyi və yaxşı ana olduğu üçün də ona çox təşəkkür edirəm”.

Gülbən Ərgən isə qəzetdən müsahibənin həmin hissəsinin fotosunu çəkərək öz “İnstagram” hesabında paylaşıb.

Müğənni yazdığı şərhlə keçmiş əri ilə arasında heç bir problem olmadığını göstərib:

“Uşaqlarımın atası ilə bir valideyn kimi duruşumuzun fotoşəklidir bu. Mən də ona sonsuz təşəkkür edirəm. Həyatıma daxil etdiyi 3 uşaq və hörməti üçün…”

Xatırladaq ki, ötən həftə Gülbən Ərgənin evliliyi haqda ilk dəfə danışan Mustafa Ərdoğan uşaqlarının başqa bir adamla eyni evdə yaşamasına razı olmadığını açıqlamışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm