Xanımları ecazkar göstərən mövsümün şlayapa dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımları ecazkar göstərən mövsümün şlayapa dəbi - Fotolar

Xanımları ecazkar göstərən mövsümün şlayapa dəbi

Əvvəllər bəlkə üzünə belə baxmadığımız fetr şlyapaları artıq istifadə etməyin vaxtı gəlib! Çünki fetr şlyapalar son zamanlar yaman dəbə minib.

1882-ci ildə Victorien Sardounun bir oyununda baş qəhrəman tərəfindən taxılan fetr şlyapalar 2 əsrə qədər gedib çıxan enişli-yoxuşlu hekayəyə malikdir.

O vaxtlar başı soyuqdan qorumağa yarayan və qatlana bilən xüsusiyyəti ilə bəylər tərəfindən çox üstünlük verilən fetr şlyapalar bir müddət populyarlığını itirir.

1940-cı illərə çatanda isə dəbin zirvəsinə yüksələrək Amerika filmlərində rol alan xuliqan, detektiv və pis adamların başlıca aksessuarları kimi istifadə olunmağa başlanır. 1950-ci illərin sonlarına doğru populyarlığını yenidən itirməyə başlayan fetr şlyapalar1980-ci illərdə əvvəlki populyarlığına qovuşur. Bunda isə pop ulduz Maykl Ceksonun böyük rolu var. Maykl Ceksonun bu papaqları səhnə şoularında istifadə etməsi hər kəs tərəfindən mənimsənilir və yavaş-yavaş küçə dəbində öz yerini almağa başlayır.

Günümüzdə isə bu papaqlar əhəmiyyətli bir stil parçası olmağa iddialıdır. Həmçinin təkcə kişi aksessuarı olaraq deyil, xanımlar tərəfindən də olduqca tez-tez istifadə edilən aksessuar halını alır. Beləliklə, fetr şlyapalar küçə modasını da ələ keçirir.

Hər cür geyim tərzinə uyğunlaşan fetr şlyapalarla kişiyə bənzəyən stilə, həmçinin feminizm stilinə də sahib ola bilərsiniz. Fetr şlyapaların təbiətindən gələn sərtliyi zərif parçalar və incə ayaqqabılarla birləşərkən ecazkar təzad yarada bilərsiniz. Həmçinin dəri parçalarla və oksford ayaqqabılarla istifadə edildikdə, kişiyə xas stili bir az daha möhkəmləndirmiş olarsınız.

Tabloid.az bu papaq dəbinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm