Zəngin ailənin lezbiyan qızının moda həvəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Zəngin ailənin lezbiyan qızının moda həvəsi - Fotolar

Milyon dollarlıq köşkdə böyüyən Kara Delevinin son illərin ən populyar modeli olması heç kimi təəccübləndirmir

Belə bir deyim var: “Pul pulu çəkər”. İngiltərəli, cazibədar model Kara Delevinin həyatı haqqında oxuyanda buna bir daha əmin olursan. Bu qıza bir insanın istəyəcəyi, arzu edə biləcəyi hər şey verilib: Gözəllik, cazibədarlıq, özünü sevdirə bilmək qabiliyyəti, zəngin ailə, zəngin və məşhur dost-tanışlar.

Ona görə də milyon dollarlıq köşkdə böyüyən Kara Delevinin son illərin ən populyar modeli olması heç kimi təəccübləndirmir.

Delevinin böyük bacısı Poppi də modeldir. Poppi uzun illərdir ki, modelliklə məşğul olduğu üçün Kara bacısının kölgəsində qalırdı. Ancaq bir müddət sonra gənc model şöhrət pillələrində bacısını çox geridə qoydu. Xüsusilə, “Burberry” markasının reklam siması seçildikdən sonra onun ulduzu parladı.

Bu gözəlçə bir çox insanın tanışmağı xəyal belə edə bilməyəcəyi ən məşhur modelyerlərlə, müğənnilərlə yaxın dostdur. Xüsusilə dünyaca məşhur moda dizayneri Karl Leqerfeld Karanın xətrini çox istəyir, demək olar ki, bütün layihələrinə cazibədar modeli də daxil edir.

Əslində Karanın boyu bir model üçün çox qısadır. O, boyunun 1.77 sm olduğunu desə də, boyu 1.70-dir. Hətta bir dəfə Marc Jacobs dəfilədə Karanı podiumda görəndə “Bu liliputu bura kim çağırıb?” deyərək, təəccübünü dilə gətirib.

Belə görünür ki, 22 yaşlı modelin bu qədər populyarlaşmasında gözəlliyindən və fiziki üstünlüyündən daha çox ailəsinin və yaxın dostlarının rolu var.

Tabloid.az –ın “Onların stili” layihəsi üçün Karanın geyim tərzini araşdırarkən bir detal diqqətimizi çəkdi. Biz modellərin, müğənnilərin, ümumiyyətlə, medianın diqqət mərkəzində olan gözəlçələrin makiyajsız görüntülənmək istəməmələrinə alışmışıq. Ancaq Karanın belə bir kompleksi yoxdur. O, gündəlik həyatda nəinki makiyajsız gəzir, hətta gözlərini çəpləşdirərək, üz-gözünü eybəcər hala salaraq qeyri-adi pozalarda şəkillər çəkdirir.

Kara Delevinin özünə olan inamı o qədər yüksəkdir ki, bütün qadınların xəyallarını bəzəyən kişilərə “yox” cavabı verə bilir. Belə ki, o, Leonardo Di Kaprionu çox qoca hesab etdiyi üçün məşhur aktyorun sevgilisi olmaq təklifini rədd etmişdi. Ancaq daha sonra lezbiyan olduğunu açıqladı. Yəqin ki, bu açıqlama Leonardonu sakitləşdirib, çünki yaraşıqlı aktyoru daha öncə heç bir qadın rədd etməmişdi.

Bir müsahibəsində “necə göründüyüm vecimə deyil, olmaq istədiyim kimiyəm” deyərək özünə olan inamını dilə gətirən Karanın bu öz güvəni geyim tərzində də əksini tapıb.

Kara Delevin dəvətlərə çox şıq geyimlərdə gəlir. Model olduğu üçün ideal bədən quruluşuna hər libas yaraşır. İstənilən geyimi özünə yaraşdıra bilir. Şir bürcü olan gözəlin cəsarətli seçimləri deyəsən elə bürcünün xüsusiyyətindən qaynaqlanır.

Dəvətlərə gedərkən sinə dekoltesinə üstünlük verən Kara açıq-saçıq geyinməkdən çəkinmir.

Karanı adətən uzun ətəkli, üst hissələri gipürlü libaslarda görürük. Daha çox qırmızı, boz və ən çox da qara rəngə üstünlük verir.

Qısa donlar geyindikdə parlaq parçalara üstünlük verir.

Saçını açaraq düz və ya dalğalı şəkildə bir tərəfdən ayırır. Bu saç stilini Rihannadan sonra ən çox istifadə edən məşhurdur.

cara delevingne hair curls

Makiyajına gəldikdə isə Karanın qırmızı dodaq boyasına olan sevgisini qeyd etməsəm olmaz. Buna baxmayaraq, onu gecələrdə qara göz kölgələri çəkərək gözlərini ön plana çıxarmış, bej tonlarında dodaq boyası çəkmiş şəkildə də görürük. Bu ilin trendi olan zoğalı rəng dodaq boyasını da Karanın dodaqlarında tez-tez görürük.

Кара Делевинь

Kara sadə və olduqca şıq aksessuarlar seçir. Zərif sırğa və uzun boyunbağı olmadan evdən çıxmır.

Dəvətlərin ən şıq qadını kimi göstərilən bu qızı gündəlik həyatda tanımaq o qədər də asan olmur. Çünki Kara demək olar ki, heç makiyaj etmir və adətən kiçik qız uşaqlarını xatırladan dəcəl hərəkətlər nümayiş edirərək paparassilərlə əylənir.

Kara gündəlik həyatda idman üslubuna üstünlük verir.

Onun küçə stili qadınlar tərəfindən çox bəyənilir və ulduzlar da daxil olmaqla bir çox xanım onun tərzindən ilham alır. Buna baxmayaraq ilk baxışda Karanın çölə çıxmadan öncə əlinə hər keçəni geyindiyini fikirləşmək mümkündür. Çünki şıq görünmək, dəb ikonası olmaq kimi bir iddiası yoxdur. Lakin seçdiyi geyimlərə diqqətlə baxıldıqda kombinlərində bir harmoniya olduğunu, rənglərin bir-birini düzgün tamamladığını görürük.

thumba_caradelevingne_7

Cara Delevingne

Karanın gündəlik həyatda ən sevdiyi aksessuar papaqdır. Rəngbərəng papaqlardan ibarət kolleksiyası olan gözəl model yaz və yay aylarında papaq əvəzinə şapka taxır.

Bu qız həqiqətən çox qeyri-adidir. Podiumda və dəvətlərdə seksuallığını ön plana çıxaran Kara gündəlik həyatda oğlan uşağına xas ruh halında olur.

Dar şalvarlar, lasinilər, bol kəsimli koftalar, şapkalar gündəlik həyatda onun vaz keçilməzləridir.

cara-delevingne-street-style-out-in-notting-hill-june-2014_1

tumblr_md1b8ia2Wd1qe2hddo1_1280

cara-delevingne-may1-2013-beanie-100-percent-zero-death-flag-striped-shirt-trainers

Cara-Delevingne-3

Cara-Delevingne_glamour_30sep13_rex_b_592x888

Dəri geyimlərə xüsusi rəğbəti var. Dəri pencək və şalvarları çox sevir.

00be1873f469133f7f9b888220d0f70d

thumbresim1361277468

Geyimlərdə ən çox sevdiyi detal isə düz xətlərdir.

Gündəlik həyatda adətən qısa çəkmə geyinir. Əsgər çəkmələrini xatırladan modellərə üstünlük verir.

Cara+Delevingne+Out+And+About+MuJt-khlLX_x

image (1)

cara_delevingne_dated_harry_st

Adətən rəngarəng geyinən gənc model naxışlı, bəzəkli, əyləncəli paltarları çox bəyənir. Karanın küçə stlini “əyləncəli idman üslubu” adlandıra bilərik.

Kara gələcəyin Keyt Mosu adlandırılır. O, həqiqətən də həm çılğınlığı, həm də özünəməxsus geyim tərzi ilə Keyt Moss olmağa layiqdir.

Kara bir çox brendin reklam siması olub. “Burberry”, “Chanel”, “Mulberry”, “Yves Saint Laurent”, “Arial”, “Helvetica”, “Georgia”, “Balmain”, “Moschino”, “Jason Wu”, “Oscar de la Renta”, “Dolce & Gabbana”, “Fendi”, “Stella McCartney”, “Zara” kimi dünyaca məşhur bir çox brendin dəfilələrinə çıxıb. 2012-ci ildə “ən yaxşı model” kimi “Fashion Awards”-ın mükafatına layiq görülüb. Hətta o, bir çox modelin xəyalını qurduğu “Victorias secret” mələyi olmağı da bacarıb.

Kara Delevin artıq əsl stil ikonalarına məxsus olan şəkildə dəb tendensiyaları da yaratmağa başlayıb. Belə ki, onun özünəməxsus qalın qaşları bir neçə ildir ki, dəbə minib.

Artıq bir çox xanım qaşlarının Karanınki kimi qalın və gözəl olması üçün kosmetik vasitələrdən istifadə etməli olurlar. Hətta İngiltərədə qaşları gurlaşdıran məhsulların satışından gələn gəlirlərin 53 faiz ardığı ilə bağlı xəbərlər də yayılmışdı. Karanın qalın qaşları dəbə minəndən sonra dünya qadınlarının qaş qalınlaşdıran vasitələrə ildə 8 milyon dollar pul xərclədikləri bildirilir.

Təbii ki, bu gözəllik və populyarlıq maqazin jurnallarının diqqətindən yayınmayıb. Bir çox məşhur jurnalı Karanı üz qabığına çıxarıb.

Bu cazibədar modeli hər ay 2-3 jurnalın üz qabığında görmək mümkündür.

Sonda onu da qeyd edim ki, Kara Delevini “İnstaqgam”da təqib edərək daha çox kombin ideyası götürə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm