Madonnanın gəlinliyi satışa çıxarılır - Fotolar
Bizi izləyin

Tabloid.az

Madonnanın gəlinliyi satışa çıxarılır - Fotolar

Dünyaca məşhur müğənni Madonnanın ilk toyunda geyindiyi gəlinlik gələn ay baş tutacaq hərracda satışa çıxarılacaq

Dünyaca məşhur müğənni Madonnanın ilk toyunda geyindiyi gəlinlik gələn ay baş tutacaq hərracda satışa çıxarılacaq.

Pop musiqinin kraliçası sayılan Madonna 1985-ci ildə aktyor Şon Pen ilə ailə qurarkən geyindiyi gəlinliyin 58 min manata satılacağı təxmin edilir. Gəlinliklə bərabər pop ulduzun duvağı və ayaqqabısı da satılacaq.

7-8 noyabr tarixlərində Kaliforniyada baş tutacaq "Icons&Idols: Rock 'n' Roll" adlı hərracda cütrlüyün evlilik müqaviləsi də satışa çıxarılacaq.

Hərracda həmçinin Madonnanın həyatı və karyerası ilə bağlı 140-dan çox əşyadan ümumilikdə 1 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən il “Forbes” jurnalı tərəfindən ən çox qazanan məşhur seçilən Madonna hər il konsert turneləri, öz adını daşıyan ətirdən, “Material Girl” adlı geyim markasından 77 milyon dollar gəlir əldə edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm