Krallara ikram edilən stressə qarşı ən təsirli qida
Bizi izləyin

Tabloid.az

Krallara ikram edilən stressə qarşı ən təsirli qida

Krallara ikram edilən stressə qarşı ən təsirli qida

Yağ, zülal və vitamin baxımından zəngin olan qozun stressi də azaltdığını bilirdinizmi?

Ordu Universitetinin (Otu) kənd təsərrüfatı fakültəsinin dekanı professor Turan Qara Dəniz Türkiyə mətbuatına verdiyi açıqlamada qozun əsrlər öncə krallara ikram edilən çox qiymətli məhsulların başında gəldiyini söyləyib.

Qozun çox faydalı çərəz olduğunu bildirən professor qozun hər gün istehlak edilməsini təklif edir.

Böyüklərdə olduğu kimi, uşaqlar üçün də olduqca faydalı olan qozun təzə yeyilməsinin lazım olduğunu bildirən Qara Dəniz "Qozun tərkibi yağla, vitamin və proteinlə zəngindir. Qozun qabığı qırılanda içinin beyinə bənzədiyi görülür. Beləliklə, aparılan klinik araşdırmalarda qozun insan beyni üçün çox mühüm qida olduğu müəyyən edilib. Omeqa 3 baxımından xüsusilə beyin və ürək damar xəstəliklərinə çox yaxşı təsir etdiyi məlumdur. Qoz eyni zamanda pəhriz üçün ideal qidadır".

Qoz həm yumşaqlığı, həm də xüsusi ətri sayəsində şirniyyatlarda da istifadə edilir. Qara Dəniz onu bildirib ki, əsasən çərəz kimi istifadə edilən qoz eyni zamanda, sənayedə istifadə edilən bir məhsuldur. Qoz hər an, hər gün istehlak edilməsi lazım olan bir qida kimi xarakterizə olunur.

Uşaqların zehni inkişafına təkan verir

Professor həmçinin qozun yaşlılarda yaddaşı möhkəmləndirdiyini, uşaqlarda isə beyin inkişafına təkan verdiyini qeyd edib. Qara Dəniz "Qozu təzə olaraq yeyilməsini tövsiyə edirəm, qabığının qırılmasından sonra uzun müddət rəflərdə saxlanılmaması lazımdır. Qabıqlı halda saxlanıb gündəlik təzə yeyilməsi daha faydalıdır" deyib.

Stressi azaldır, gərginliyi aradan qaldırır, rahatlıq və sakitlik gətirir

Professor Qara Dəniz tərkibi zəngin olan qozun stressi azaltdığını vurğulayaraq, bədənə rahatlıq və sakitlik gətirdiyini bildirib. “Qoz tərkibindəki komponentlər sayəsində insanları stressdən kənarlaşdırır, ailəyə əmin-amanlıq gətirir və xoşagəlməz mübahisələri azaldır. Bu, Amerika alimləri tərəfindən də müəyyən edilib. Bunlardan əlavə, qoz suyunun xolesterini aşağı saldığı və şəkəri normaya saldığı məlumdur. Bu səbəbdən qoz hər gün mütləq istehlak edilməsi lazım olan faydalı qidaların başında gəlir. Qoca, gənc, uşaq, bir sözlə yaşından asılı olmayaraq, hər kəsə qoz yeməyi məsləhət görürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm