Aygünlə Namiq yenidən bir arada – Video, Foto
Bizi izləyin

Tabloid.az

Aygünlə Namiq yenidən bir arada – Video, Foto

Bir müddət öncə nişanını qaytaran Aygün Kazımova 7 il sevgili olduğu Namiq Qaraçuxurlu ilə yenidən bir araya gəlib

Bir müddət öncə nişanını qaytaran Aygün Kazımova 7 il sevgili olduğu Namiq Qaraçuxurlu ilə yenidən bir araya gəlib.

Tabloid.az xəbər verir ki, xalq artisti “İnstagram” bloqunda paylaşdığı videosunda meyxanaçı ilə birgə “Qısqanıram” mahnısını oxuyub.

A.Kazımova və N.Qaraçuxurlu 7 illik sevgi münasibətlərindən sonra küsülü ayrılıb, daha sonra barışıq elan etmişdilər.

Yeri gəlmişkən, xatırladaq ki, Aygün Kazımova bir müddət öncə Fikrət adlı gənclə eşq yaşadığını bildirmişdi. Onlar İstanbulda tanış olmuşdular. Aygün iddia edirdi ki, onun pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib. Müğənni yeni, “Mən sənə xəstəyəm” adlı mahnısını da sevdiyi şəxsə həsr etmişdi. Ötən həftəsonu isə Aygün Kazımova “İnstagram” bloqunda üzük paylaşaraq, Fikrətlə nişanlandıqlarını bildirmişdi. Növbəti gün isə nişanını qaytardığını açıqlayaraq hamını təəccübləndirdi.
Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm