• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mövsümün çəkmə dəbindən siz də xəbərdar olun - Fotolar

Mövsümün çəkmə dəbindən siz də xəbərdar olun - Fotolar

Qış mövsümündə ayağımıza nə geyindiyimiz çox əhəmiyyətlidir. Soyuq hava, yaş və çirkli yerlər artıq həyatımızın bir parçasıdır. Ancaq qışa keçməzdən əvvəl bu mövsümə uyğun qəşəng və trendlərə uyğun əla bir variantlarımız var: Chelsea qısaboğaz çəkmələri.

Chelsea çəkmələr əslində, Kraliça Viktoriyanın ata rahat minməsi üçün xüsusi olaraq tikdirdiyi bir model olub. Zaman keçdikcə həm qadınların, həm də kişilərin üstünlük verdiyi bu İngilis stili çəkmələr 60 və 70-ci illərin hit modellərindən birinə çevrilir. Xüsusilə Beatles qrupunun üzvləri (ən çox geyinən güman edirəm Con Lennon) və Mik Jagger kimi məşhurların daha çox üstünlük verməsi Chelsea çəkmələrinin çəkisini artırır.

Günümüzün stil ikonalarından Aleksə Çunq və Keyt Mossun artıq tərzləri ilə eyniləşdirdikləri bu çəkmələrin ən əhəmiyyətli xüsusiyyəti topuq səviyyəsində bitməsidir. Yan tərəfində əsasən elastik bir lent olan bu rahat çəkmələr adətən, toqqasız istifadə edilir. Girdə, ya da çox iti olmayan burunlarını düz, ya da ən çox bir barmaq uzunluğunda qısa dabanlar tamamlayır.

İki ildir çox gördüyümüz Chelsea çəkmələr bu mövsüm də çox istifadə edilir. Yumşaq dəri olanların müxtəlif rəngləri var. Bəbir naxışlar və cap-toe olanlar isə yenə mövsümün ən diqqət çəkən modellərindəndir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR