“Victoria's Secret”in mələyi qara donu ilə göz qamaşdırdı - Fotolar
Bizi izləyin

Tabloid.az

“Victoria's Secret”in mələyi qara donu ilə göz qamaşdırdı - Fotolar

"Victoria's Secret"in mələyi qara donu ilə göz qamaşdırdı

Alessandra Ambrosio Nyu-Yorkda alman istehsalçısı olan "Rimowa" mağazasının açılışında iştirak edib. Victoria's Secret "mələyi" təqdimata "Versus Versace" moda evinin son kolleksiyasından olan qara paltarda gəlib.

Geyim - məşhur yunan üslubunun ornamentləri ilə bəzədilib. Qeyd edək ki, bu naxış İtaliya moda evinin əsas firma elementlərindən biridir. Paltarı qara laklı ayaqqabı, ikirəngli sırğa və qızılı kiçik əl çantası tamamlayır.

Ambrosio laqeyd tərzi üçün həcmli saç düzümü seçib. Vizajistlər əsas diqqəti gözlərə yönəldiblər. Dumanlı göz makiyajında qara, qəhvəyi göz kölgələrindən istifadə ediblər. Dodaqlarda yarımşəffaf solğun-çəhrayı parıltısı istifadə olunub. Dırnaqlarda isə neytral tonlarda manikür modelin final aksenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm