Tabloid.az
Astroloji proqnoz - 31 oktyabr
QOÇ - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin ki, nicat tapasınız.
BUĞA - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.
ƏKİZLƏR - Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.
XƏRÇƏNG - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.
ŞİR - Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.
QIZ - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.
TƏRƏZİ - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. Danışıqlarda təşəbbüskarlığı əldə saxlayın ki, qalib olasınız. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.
ƏQRƏB - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir. Mistikaya qapılmayın.
OXATAN - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar nahardan sonra qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ziyarətgahlara getmək düşərlidir.
OĞLAQ - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Dəyişkən havada çox durmayın, uzaq yola çıxmağa isə lüzum yoxdur. Özünüzü gərginliyə salmayın, qazanma imkanı var.
SUTÖKƏN - Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbin əhval-ruhiyyədədir. Unutmayın ki, axşam saatlarına qədər Ay bürcünüzdə olacaq.
BALIQLAR - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. İndi sizə qətiyyət lazımdır.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək