Elariz Məmmədoğlu: “Bizdə qısa ətək geyinənə vedrə bağlayırlar”
Bizi izləyin

Tabloid.az

Elariz Məmmədoğlu: “Bizdə qısa ətək geyinənə vedrə bağlayırlar”

“Cəmiyyətimizdə ciddi problemlər var. Bizdə avropalı və ya müsəlman olmaq bir-birinə qarışıb. Müəyyən bir yol yoxdur ki, insan da ona uyğun yaşasın”.

“Cəmiyyətimizdə ciddi problemlər var. Bizdə avropalı və ya müsəlman olmaq bir-birinə qarışıb. Müəyyən bir yol yoxdur ki, insan da ona uyğun yaşasın”.

Bu sözləri Tabloid.az-a açıqlamsında Elariz Məmmədoğlu cəmiyyətdəki problemlərdən danışarkən deyib:

“Bu ölkədə qız, qadın olmaq çətindir. Abırlı olanda, deyirlər ki, avamdır, geridə qalıb. Bir az açıq-saçıq, müasir olana isə tərbiyəsiz deyirlər... Qadın, qız özünü necə aparsın ki, desinlər ki, yaxşıdır? Amma Avropada yaşayan qadınlar mini ətək, uzun paltar, ya da şalvar geyinə bilər. Onun haqqında heç kim bir söz deməz. Bizdə uzun paltar geyinənə də, qısa ətək geyinənə də “vedrə bağlayırlar”. Evdə oturub, küçəyə çıxmayana, bazara getməyənə də bir “vedrə bağlayırlar”... Bizdə bir yol yoxdur ki, deyəsən, bura ilə gedən qadın, qız yaxşıdır. Bu yolla gedən qadın, qız isə pisdir”.

Ürəyi dolu olan E.Məmmədoğlu daha sonra isə bunları deyib:

“Görürsən, efirdə elə bir qadını tərifləyirlər ki... Adam istəyir desin ki, 20-30 ildir bu qadını tanıyırsn. Guya bilmirsən ki, bu nə gündədir? Siz bunun nəyini tərifləyirsiniz axı? Gənclər baxırlar, elə bilirlər ki, belə yaxşıdır. Düşünmürlər ki, gənclər o yolla gedə bilərlər, tərbiyələri pozular”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm