• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Leyla Ramazanlı: “Məni sevən belə bəyənib”

Leyla Ramazanlı: “Məni sevən belə bəyənib”

Müğənni Leyla Ramazanlıdan xəbər var.

İfaçı Tabloid.az-a açıqlamsında bildirib ki, hazırda yeni klip üzərində işləyir. “Yuxular” adlanacaq mahnının sözləri Arzu Əsədova, musiqisi isə İsmayıl Əsədova aiddir. Müğənni mahnını muğam ifaçısı Pərviz Qasımovla birgə oxuyub.

Müğənni öz ifa tərzi ilə bağlı da danışıb:

“Mənim öz ifa tərzim var. Bəzən mənə deyirlər ki, başqa stildə mahnılar oxusan, tamaşaçılara daha yaxın olarsan. Amma mən hesab edirəm ki, öz ifa tərzimlə az-çox özümə tamaşaçı auditoriyası toplaya bilmişəm. Mən klassik, xalq mahnıları və pop janrında da oxuyuram. Yəni bütün janrlarda oxumağı bacarıram. Muğamla da məşğul oluram. Yəni məni sevən, belə bəyənib”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR