• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

40 və 50 yaşında da kişiləri valeh edən gözəllər - Fotolar

40 və 50 yaşında da kişiləri valeh edən gözəllər - Fotolar

Onların hər biri öz reseptini seçib: Təzə qidalar, yoqa, botoks, seks, ekstremal idman növü – ya da bunların hamısı... Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu gün 40 və 50 yaşından yuxarı qadınların gənclik sirləri haqqında danışacağam. Sizi heyrətə gətirən bu qadınların ecazkar gözəlliyini görəndən sonra qocalmaqdan qətiyyən qorxmayacaqsınız. Bu qadınların əsıl yaşını ancaq pasportları bilir...

Sofiya Verqara 42 yaş

Sofiya Verqara döşlərini böyüdüb və bunu da heç vaxt gizlətmir. Aktrisa plastik əməliyyata lazım olduğu halda və ancaq gözəllik naminə müraciət etməyin tərəfdarıdır. Hansısa qadının döşlərini əyləncə xətirinə böyüdəcəyini ağlıma gətirə bilmirəm. Plastik əməliyyatlar qadınları məhz gözəlləşdirmək üçün nəzərdə tutulub.

Sofiya Verqara sağlam həyat planı haqqında belə danışır: "Çox yemirəm, çox məşq etmirəm, heç bir şeyi çox görmürəm. Ancaq meditasiya ilə çox məşğul oluram. Tez-tez pilateslə məşğul olur və velosipedə minirəm. Təbii ki, dermatoloqumun dediklərini də nəzərə alıram. Günəşə çox çıxmamağa cəhd edirəm. Beləliklə, dərimi gənc saxlayıram”.

Qüsursuz görünməyin isə tamamilə özünə güvən ilə bağlı olduğunu bildirən gözəl ulduz, “Orqanizminiz necə olursa-olsun, özünüzə güvən sayəsində özünüzü yaxşı hiss edərsiniz" deyir. Və əlavə edir: "Makiyaj edərkən şişirtməyi xoşlamıram, amma göz makiyajından imtina etmirəm”.

Sofiya idman zallarına nifrət edir, amma gözəl bədən quruluşunu heç nəyə və heç vaxt güzəştə getmir. Bu səbəblə idman müəllimlərinin tərtib etdiyi idman proqramı adi məşqlərdən uzaqdır. Sofiya fit qalmağın peşə baxımından bir zərurət olduğunu, bu səbəblə formada qalmağı həyat fəlsəfəsi kimi qəbul etdiyini deyir.

Kameron Diaz 42 yaş

Kameron ekstremal idman növlərinə və seksə olan ehtirası ilə məşhurdur. Aktrisanın sözlərinə görə, məhz bu maraqlar onun əhval-ruhiyyəsini qaldırmağa və qırışları aradan qaldırmağa qadirdir. Diaz israr edir ki, cərrah bıçağı altına heç vaxt yatmayacaq. Lakin son zamanlarda Diazın sinəsinin böyüdüyü haqqında söz-söhbətlər gəzir.

42 yaşlı Hollivud ulduzunun gözəllik sirləri

Makiyajsız halı ilə olduqca sadə görünən məşhur ulduz Kameron Diaz makiyajı çəkərkən aləmi heyran qoyur. Çünki Kameron Diaz makiyaj edərkən, makiyaj mütəxəssislərini təəccübləndirəcək bir çox hiylələrə əl atır. Necə?

Kameron Diaz makiyaj etmədən əvvəl dərisini nöqsansız hala gətirir. Makiyajına həmişə su əsaslı nəmləndirici kremlə başlayır. Sızanaq və sızanaq ləkələrini örtücü kremlə yox edir. Su tərkibli tonal krem istifadə edən məşhur aktrisa kremi bütün üzünə və boynuna çəkir. Sonra isə sifətinə daha yumşaq bir ifadə verməsi üçün gözaltlarına krem tonlarında göz kölgəsi sürtür.

Mavi gözlərə sahib olan aktrisa daha dərin bir ifadə üçün gözünün içinə mavi bir qələm çəkir. Gözləri diskret olan Diaz göz qələmini göz çeşməsindən başlayaraq çəkir və uzun bir quyruq qoyaraq göz məsafəsini nizamlayır. Kölgənin üzərinə və alt kirpiklərinə parıltılı toz kölgə vurur və sonda kirpiklərini tuşla formaya salır.

“Vanity Fair” jurnalı Kameron Diazın müxtəlif tarixlərdə bədəni ilə bağlı verdiyi açıqlamaları bir araya gətirərək "Məhz Kameron Diazın anatomiyası" – adı altında oxuculara təqdim edib.

“Saçlarımı çox sevirəm. Onlara toxunmaq, oxşamaq özümü yaxşı hiss etməyimi təmin edir.

Qoltuq altı dezodorantlarına inanmaram. Onlar tərləməyə qoymayaraq pis qoxunun gəlməsinə yol açır. Bol su ilə yuyunmaq daha yaxşıdır.

Bikini nahiyəsindəki arzuolunmaz tükləri heç vaxt lazer şüası ilə təmizləməyi məsləhət görmürəm.

Arxa əzələ üçün sürətli yerimək, qaçmaq çox əhəmiyyətlidir. Hər zaman idman edin. Genişlənməni əngəlləmək qadının öz əlindədir.

Ayaq baş barmağım bədənimi dinləmək üçün ən həssas nöqtədir. Əgər əyilib toxunursansa, deməli formadasan. Mədəm şişəndə nifrət edirəm. Amma süd məhsulları ilə pəhriz saxlayanda hər şey qaydasına düşür.

Yetkinlik çağımda üzümdə sızanaqlar çıxanda evdən çıxmaq istəməmişəm. O qədər iyrənc idilər ki... Sizanaqlardan xilas olanda dünyanın gözəli olduğuma inanırdım”.

Nikol Kidman 47 yaş

Nikol Kidman günəşi birinci düşməni elan edib, aktrisa ultrabənövşəyi şüasından qorunmaqdan ötrü əlindən gələni edir. İsti ölkələrdə SPF tərkibli kremlər çəkməmiş küçəyə çıxmaq onun üçün intihara bərabərdir. Saçlarını tez-tez mərcan suyu, yaxud şampunu ilə yuyur. Problemli dərisi olan Nikol Kidmanın şəxsi kosmetoloqunun sözlərinə görə, aktrisa üzünü quru südlə təmizləyir. Bu, dərinin eksfoliasiyası üçün əla vasitədir.

Kidman dodaqlarının formasını dəyişib, yanaqlarına da slikon qoydurub. Açıq-aydın bilinən təzə yanaqlar mübahisələrə səbəb olmuşdu. Aktrisa əla göründüyünə görə botoksa minnətdar olmalıdır.

Bir çox qadınlar öz gəncliyinin uzun sürməsi üçün hər şeyə hazır olurlar. 47 yaşlı aktrisa ana olmasına baxmayaraq, hələ də gənc və gözəl görünür. Nikolun gənc qalmasının digər bir sirri bol su içməsi, müxtəlif meyvələr yeməsi və yoqa ilə məşğul olmasıdır.

Nikol həm də etiraf etdi ki, gəncləşdirici üz kremlərindən də istifadə edir, amma təbii tərkibli kremlərə üstünlük verir.

Nikolun estetik əməliyyata ehtiyacı olmayan gənc görünmə hiyləsi də vardır. Bu “Croydon Facelift” adlanır.(Saçlar başın yuxarısında dartınaraq toplanır və üzdəki qırışlar görünməz olur)

Culiya Roberts 47 yaş

Gözəlçə rolunu oynayan 47 yaşlı aktrisa makiyajsız və heç bir cərrahi müdaxiləsiz də çəkici görünür. Onun liposaksiya və burnunu əməliyyat etdirdiyi barədə şayiələr gəzir. Özü isə bütün müsahibələrində əsas gənclik sirrinin xoşbəxtlikdə gizləndiyini söyləyir. Olduqca diqqətçəkən qadınsan, bunun üçün çox çalışırsan?

“Məktəb illərimdən bəri cazibədar və gözəl olmaqla maraqlanmamışam. Əgər bunlarla maraqlansaydım, karyeramda istədiyim yerlərə gələ bilməzdim. Əslində üzüm bir az əyridir, ancaq bu xoşuma gəlir.

Kevin Aukoindən çox şey öyrənmişəm. O, mənim makiyaj ustamdır. Mənə həmişə “tuş, tuş, tuş” deyir. Haqlıdır. Kirpiklərə tuş çəkmək özümü daha yaxşı hiss etməyimə səbəb olur. Saçlarıma forma verməkdə çətinlik çəkirəm. Amma fikir verməyəndə arzuladığım kimi alınır.

Küçəyə çıxmazdan əvvəl mütləq dişlərimi fırçalayaram, nəmləndiricimi çəkərəm və böyük günəş eynəyimi taxaram. Gözəl gülüşümün ən böyük səbəbi dişlərimdir. Onları soda ilə fırçalayıram. Bunu babamdan öyrənmişdim.

Həftənin 5 günü 90 dəqiqə yoqa ilə məşğul oluram. Bu özümü yaxşı hiss etməyimə səbəb olur. Bir neçə ay öncə diyetoloqum mənə həyatımdan qlüteni (protein növü) çıxarmağımı tövsiyə etdi. Ondan sonra evdə mənə uyğun yeməklər bişirməsi üçün işə yeni aşpaz götürdüm. Son vaxtlar daha yaxşı göründüyümü hiss edirəm.

Cenifer Eniston 44 yaş

Cenifer Eniston burnunun formasını tamamilə dəyişib. Bundan sonra isə ona bədən quruluşunu qorumaq qalırdı. Bu sahədə ona diyetoloq və stilistlərin köməyi çox olub. 44 yaşlı aktrisa indi çox valehedici görünür. Amma dodaqlarının çox nazik olması kompleksindən heç cür qurtula bilmir. Aktrisanın daim gözəl görünmək istəyən xanımlara bir məsləhəti daha var. Cenniferin sözlərinə görə, tez-tez istifadə etdiyimiz məhsulları dəyişmək dəriyə mənfi təsir edə bilər.

Siz də gözəlliyinizin qayğısına qalmaq istəyirsinizsə, özünüz üçün ən uyğun olan kosmetik vasitələri və baxım üçün məhsulları tapıb uzun illər onlardan istifadə edin.

Cenifer Eniston vazelinin pərəstişkarıdır. Eniston onu kirpiklərinə çəkir. "Vazelin kirpiklərimi daha möhkəm və gözəl edib" - deyə, aktrisa bildirir.


Holli Berri 48 yaş

Hollivudun “Uğur qazanmaq istəyirsinizsə, burun formanızı dəyişdirin” qızıl qaydasına əməl edən aktrisalardan biri də Holli Berridir. Holli Berri burnunun formasını dəyişməklə təbiətin ona bəxş elədiyi gözəlliyə gözəllik qatır. 47 yaşı olduğuna heç cürə inan bilmədiyimiz aktrisanın gözəllik ritualları: idman, sağlam qidalanma və dəriyə qulluqdur. Bəs siz nə bilmişdiniz?

Hollivudda son zamanlarda ən çox sözü edilən ulduzlardan biri olan Holli Berri təbii gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Onun gözəllik rituallarından bunlardır.

1) Az daha çoxdur: Holli kameralardan uzaq olduğu zamanlar çox az makiyaj etməyə diqqət göstərir. Tonal kremdən ​​istifadə etmir. Yalnız gözlərinə tuş çəkir, dodaq boyası ilə dodaqlarını rəngləyir. Gənc ulduz beş ildir eyni marka nəmləndirici və təmizləyicidən istifadə edir. Makiyaj vasitələrini tez-tez dəyişdirməyin təhlükəli olacağına inanır. O, qaşlarına böyük qayğı göstərir və hər bir qadın üçün də qaşların çox böyük əhəmiyyət daşıdığını düşünür.

2) Saçlarınız yalnız sizə aiddir: Holli Berri saçlarının uzunluğu və stili haqqında verilən təklifləri qulaqardına vurur. Saçlarını öz zövqünə görə kəsdirib darayır. Gənc oyunçu saçlarının sanki heç əl dəyməmiş kimi dağınıq bir görünüşdə olmağını istəyir. Saçlarına nəmləndirici təsiri olan məhsullar çəkir.

3) Zehin və bədən məşqləri: Bir neçə il əvvəl Berri çox yorucu bədən məşqlərinə maraq göstərmişdi. Bir ildir yoqa ilə məşğul olur. Yoqanın eyni zamanda zehin gimnastikası olduğunu da vurğulayan sənətçi əzələlərini gücləndirən hərəkətlərə üstünlük verir.

4) Cəsur olmaq lazımdır: Aktrisa deyir ki, cazibədar və cəlbedici qadın ola bilmək hər şeydən çox cəsarətdən asılıdır. Makiyajda və geyimdə cəsur qərarlar verə bilən qadınlar cazibədar ola bilərlər. Berri buna inanır və bütün qadınların ondan nümunə götürmələrini istəyir.

Qvinet Peltro 42 yaş

Bu yaxınlarda Hollivudun məşhur aktrisası Qvinet Peltronun 42 yaşı tamam oldu. Vaxtilə çəkildiyi filmlər, yaşadığı eşq macəraları ilə gündəmdən düşməyən aktrisa 42 yaşında gənc qızlara məxsus görünüşü ilə göz oxşayır və haqqında danışdırmağı bacarır. Vaxtilə Bred Pitt, Ben Affleklə sevgili olan aktrisanın hazırda iki uşağı var.

O, dəfələrlə "dünyanın ən gözəl qadını" titulunu alıb. Baxmayaraq ki, buna görə də dəfələrlə tənqid, qınaq obyekti olub. Lakin onun 42 yaşında gənc, gözəl və sağlam görünməsi mübahisə edilməzdir.

Aktrisa sağlamlıq və gözəllik sirlərini şəxsi bloqunda bölüşür. Demə, Qvinetin dərisinin belə gözəl, hamar və parlaq olmasının səbəbi bahalı kremlər deyilmiş. Aktrisa kontras duş sayəsində dərisinin cavan qaldığını söyləyir.

Üz dərisini isə buz kubları ilə masaj edən aktrisa bundan sonra nəmləndirici krem çəkir. Ümumiyyətlə, o, nəmləndirici kremdən çox istifadə edilməsinin tərəfdarıdır. Makiyajdan öncə isə buz kubları ilə sifəti 3-5 dəqiqə masaj etməyi tövsiyə edir. Onda dəri təbii və parlaq görünür.

Yeri gəlmişkən, gecə mərasimləri olmayanda aktrisa gündəlik həyatda dekorativ makiyajdan istifadə etmir.

Nəmləndirici kremlə yanaşı gözəlliyi üçün küncüt yağından bəhrələnir. 39 yaşında bu yağla tanış olan aktrisa ondan hər gün istifadə etdiyini dilə gətirib. Qvinet Peltrou gözəl bədən quruluşunu idmana və sağlam qidalanmaya borcludur.

Ancelina Coli 39 yaş

Ancelina Coli gün ərzində minimum iki litr qazsız su içir. Su toksinlərin orqanizmdən xaric olunması, dərinin nəmlənməsi və yüngüllüyünü təmin edir.

Planetin ən gözəl qadınlarından biri olan Ancelina Colinin arıqlıq və gözəllik sirləri yoqa, zəncəfil və sarımsaqdır. Bu bitkilər aktrisanın bənzərsiz siluetinin səbəbkarıdır.

Yoqa- Doğuşdan sonra bədəni yığır.

Sarımsaq- Qanda olan xolesterini azaldır, yağları əridir.

Zəncəfil- Həzmi yaxşılaşdırıb, intim əlaqəni gücləndirir.

O, bu pəhriz çayını Afrikada olarkən öyrəndiyini deyir. Çayın hazırlanma qaydası:

Təzə zəncəfilin qabığını soyun, üzərinə iki fincan su töküb qaynadın. 6 dəqiqə qaynadıqdan sonra içərisinə 2 diş əzilmiş sarımsaq, 2 çay qaşığı bal, 2 çay qaşığı limon suyu əlavə edin. Kənara qoyub soyumasını gözləyin. Çay soyuq halda içilir.

Bu çay piy qatlarının parçalanmasında, yağların qısa vaxt ərzində əriməsinə kömək edir. Çayı 3 həftə içib, eyni zamanda yoqa etməklə 11 kiloqram arıqlaya bilərsiniz. Hər gün ən az 1 dəfə içmək məsləhətdir.

Ancelina: “Bütün qadınlar kimi mənim də sellülit problemim olur. Məşqlərə ara verib, yeməyimə fikir verməsəm, sellülit özünü həmin an göstərir”. Vanna qəbul etmək aktrisanın mənəvi rahatlığını bərpa edir. Çünki qadının daxili onun üzündə əks olunur.

Aktrisa hamının heyran olduğu dolğun dodaqlarını yalnız ucuz dodaq qoruyucusu ilə qoruyur. Coli qadınlara dodaqlarını süni yolla böyütməməyi məsləhət görür. Yalnız bir fırçanı götürün, dodağınıza nəmləndirici çəkin və 5 dəqiqə fırça ilə masaj edin. Dodaqlarınız dolğunlaşacaq.

Makiyaj: Aktrisa gözlərində “pişik” effekti yaratmaq üçün gözün içindən qara rəngi əskik etmir. Qızılı, mirvari və gümüşü tonlu göz kölgələri isə gözləri daha cəlbedici göstərib, “makiyajsız makiyaj” effekti verir. Onun dodaq boyası isə açıq çalarda olur. Parıltı sürtmək isə aktrisanın heç xoşuna gəlmir.

Saç: O, saçlarına xüsusi olaraq qulluq etmir. Bütün gözəllik sirri sadəcə, saç düzümündədir. O, təmiz və nəm saçlara mus sürtərək, fenlə qurudur, başın üst hissəsini darayaraq, həcm verir, sonra da adi rezinlə yığır.

Naomi Kempbell 44 yaş

43 yaşında olmasına baxmayaraq, qırışsız dərisi və fit bədəni ilə nəzərləri üzərinə çəkən Naomi Kempbelin sirri yaşıl tərəvəz suyudur.

1990-cı illərə damğa vuran və reklam mövzusunda rəqibsiz adlardan biri olan Naomi 43 yaşında olmasına baxmayaraq, gənc görünüşü ilə hər kəs tərəfindən qibtə ilə qarşılanır. Top model qırışların qarşısını almaq üçün yaşıl tərəvəz suyu içdiyini açıqlayır.

Tərəvəzləri sıxaraq əldə etdiyiniz yaşıl meyvə suyu, bədən üçün ən yaxşı minerallar, vitaminlər və antioksidant mənbəyidir. İçərisində dəri üçün olduqca əhəmiyyətli olan xlorofil saxlayan yaşıl tərəvəz suyu təbii detoks təsiri göstərərkən toxumalara oksigen daşınmasına köməkçi olaraq dərinin qırışmasına mane olur.

Modelin içkisi ispanaq, kahı, brokoli və pərpərəng kimi yaşıl tərəvəzlərdən, bitkilərin saplarından, yaşıl alma və armud kimi az şəkərli meyvələrdən hazırlanır. Yaşıl tərəvəz suyunun faydalarını bu cür sıralamaq olar: xolesterolu salır, qan təzyiqini azaldır. Hüceyrə və toxumalara oksigen daşığı üçün dərini gözəlləşdirir. Arıqlamağa kömək edir. İmmunitet sistemini gücləndirir.

Monika Belluççi

Keçən ay 50 yaşı tamam olan Monika Belluçinin cavan qalmasının səbəbi bəlkə də italyan əsilli olmasıdır. Aktrisanın 50 yaşı olmasına baxmayaraq, dərisi öz təravətini saxlayıb. Aktrisa özü də hər dəfə bizi inandırır ki, bu yaşa qədər heç vaxt cərrah yanına getməyib. Gözəllik etalonu hesab olunan qadının gənclik sirri çox sadədir: balanslaşdırılmış pəhriz, üzgüçülük, dəriyə düzgün qulluq.

O, müsahibələrinin birində bildirib heç vaxt hadisələrin təbii gedişinə qarışa bilmərəm: “İnsanlar qocalırlar, bu isə təbiidir. Əgər 40 yaşlı qadın 20 yaşlı qız kimi görünməyə çalışırsa, bu, çox gülməli görünür...”

Yaşlanmaya qarşı kremləri ümumiyyətlə, qəbul etmir, çünki başa düşür ki, təbiəti aldatmaq olmaz. Bədəninin dərisinin incə və ipək kimi olması üçün Monika həftədə 2 dəfə təmizləyici bədən skrablarından istifadə edir. Daha sonra bədəninə badam yağı çəkir.

Monika öz yaşından qorxmur, onun fikrincə, həyatdan zövq almaq üçün yaşın əhəmiyyəti yoxdur. Əsas özün kimi görünmək və özünü olduğun kimi sevməkdir.

Monika belə hesab edir ki, aktrisanın mimikaları təbii olmalıdır, deməli, ona kosmetikadan həddən artıq istifadə etmək olmaz. Buna görə də Monika makiyaja ehtiyatla yanaşır. Gündəlik həyatında o dərisinə kosmetika ilə əzab vermir: ona kirpiklər üçün bir az tuş və dodaqlar üçün bir az parıltı kifayət edir. Aktrisanın fikrincə, çox makiyaj qadını gözəlləşdirmək yerinə çirkinləşdirir. Azca tonal krem çəkdikdən sonra gözlərinə qəhvəyi tonlarında göz kölgəsi çəkir. Dodaq boyasında ən çox sevdiyi rəng isə bej tonlarıdır.

Gözəllik ritualları arasında su əsas yeri tutur. Özü də soyuq su. Belə ki, gözəl aktrisa günə soyuq duş alaraq başlayır. Soyuq duş dərinin elastikliyini qoruyub saxlayır və onu sıxlaşdırır. Üzü üçün isə termal su və təravətləndirici spreydən istifadə edir. Həmçinin üzgüçülüklə məşğul olur.

Həftədə bir-iki dəfə şampundan istifadə etməyi dəstəkləyir. O, hesab edir ki, şampun saçların təbiiliyini pozur. Saçının gözəl görünməsi və parıldaması üçün diblərinə zeytun yağı çəkir.

Aktrisa yüngül tərkibli kremlərə üstünlük verir, üzünü yumaq üçün termal sulardan istifadə edir. Ona üzündə dəyişiklik etməyə ehtiyac olmasa da, gələcəkdə plastik əməliyyat keçirməsi istisna olunmur.

Cennifer Lopez

İnanılmaz dərəcədə gənc qalan qadınlardan daha biri Ceylodur. Onun 45 yaşı var. Kim onun milyonlarla dollara sığortalanmış qəşəng yeri haqqında eşitməyib ki?! Amma ideal insanlar mövcud deyil. Belə ki, Ceylo da döşlərinə və üzün də əl gəzdirib.

Yaxınlarda 45 yaşı tamam olan pop ulduz Cenifer Lopezə bu yaşı qətiyyən vermək olmaz. O, maksimum 30 yaşında görünür, gündən-günə cavanlaşır. Tabloid səhifələri bu təravəti özündən balaca sevgililəri ilə əlaqələndirirlər. Bəs 45 yaşında da belə gənc və cazibədar görünmək üçün nə edir? Hansı üsullara əl atır?

Dərisinə quluq göstərir. Ulduzun gözəlliyinin tamamlayan ən önəmli detallardan biri də heç şübhəsiz, qüsursuz və hamar dərisidir. Həmişə baxımlı görünən Lopez dərisini qoruyur və təbii maskalardan bəhrələnir.

Ceniferin sevimli maskasının resepti belədir: 1 çay qaşığı təmiz, təbii qatığa 2 çay qaşığı bal və yarım çay qaşığı yeni dəmlənmiş yaşıl çay qatıb yaxşıca qarışdırın. Maskanın qatı olması üçün kosmetik gil və ya yulaf əlavə etmək olar. Maskanı üzə, boyuna və dekolte hissəyə çəkib 15-20 dəqiqə saxlayıb soyuq su ilə yuyun. Super nəticə əldə etmək üçün bu proseduranı həftədə 3-4 dəfə təkrar etmək kifayətdir.

Ceylo günü-gündən gözəlləşir. Bu məsələdə isə ona düzgün makiyaj texnikası kömək edir. Düzgün saç düzümü və geyim onu olduğundan gənc göstərir. Ulduz bu illər ərzində gözəlliyini üzə çıxarmağı öyrənib.

Məşhur müğənni Cenifer Lopez iştirak etdiyi bütün dəvətlərdə gözəlliyi ilə göz qamaşdırır. Lopez formasını nizamlı idmana və rəqsə borclu olduğunu söyləyir. Seksual ulduz saat 19.00-dan sonra aclıqdan ölsə belə yemək yemir və gündə 2.5 litr su içir. Dəri gözəlliyini isə yuxarıdakı maska ilə qoruyur.

Rəqs ilə ideal bədən

Dünyanın ən yaxşı ifaçılarından olan Cenifer Lopez illərdir ki, ideal bədən quruluşunu rəqs sayəsində əldə edir. Əkiz övladları olmasına baxmayaraq, 45 yaşlı müğənni çox enerjilidir. Səhnədə həm rəqs edir, həm də mahnı oxuyur. Enerjisini tamaşaçılara da ötürən ulduz kliplərində də ciddi rəqs performansları sərgiləyir.

Bədəni ilə diqqət çəkən tanınmış qadınlar arasında Cenifer Lopez də var. Bu adını qorumaq üçün o, təkcə rəqslərə güvənmir, idmanla da məşğul olur. Bütün əzələləri hərəkətə gətirən məşqləri yerinə yetirir.

Ayaq əzələləri

Ceniferin məşğul olduğu digər idman növü kürək çəkməkdir. Kürək çəkmək çox ritmik və ani hərəkətlər tələb etdiyi üçün ulduzun oynaqlarına böyük ağırlıq düşmür.

Kürəkdən başqa, güc tələb edən məşqlərini də edir. Bunların arasında squatlar, lunges deyilən diz çökməyə bənzəyən məşqlər, bud və bel çevrəsindəki əzələləri gücləndirib sıxlaşdırır.

Anasının tövsiyələri

“Anam nəmləndirici çəkmədən yatmazdı. Mən isə 200 dollara satılan “Crème de La Mer” nəmləndiricisini işlədirəm.

İşlədiyim vaxtlarda makiyaj etmirəm. Hamam kosmetik məhsullarına xüsusi marağım var. Hamam, sauna keyfinə vurğunam. Stressdən azad olmaq üçün tək çıxış yolu yaxşı duş qəbul etməkdir. Alkoqol və siqaret maraq dairəmə daxil deyil. Tək lüksum hamamdır.

Saç tellərim nazik olduğu üçün nəmləndirici vasitələrə ehtiyacım var. Rəngini tez-tez dəyişdiyim üçün mütəmadi olaraq qulluq göstərməliyəm.

Dərimin ən yaxşı dərmanı yuxudur. Möhkəm yuxudan qiymətli heç nə yoxdur. Bir də çoxlu su içmək… Mütəmadi olaraq kosmetoloqa müraciət edirəm. Təbii ki, bunun da böyük faydası var. Təhlükəli olduğunu bilsəm belə, günəş vannasını çox xoşlayıram. Tərəvəz gənc qalmaq üçün çox faydalı olsa da, xoşlamıram”.

Lakin son günlər “Booty” adlı mahnısına çəkdiyi seksual kliplə gündəmdə olan Cennifer möhtəşəm ombalara qovuşmaq üçün çəkilişlərdən öncə vegeterian pəhrizi saxladığını vurğulayıb. Bu pəhriz saxlayarkən müğənni ət, süd, yumurta kimi heyvani qidaları menyudan tamamilə çıxarılır. Sadəcə meyvə və tərəvəzlə qidalanmaq bu pəhrizin əsas şərtidir. “Booty” klipi üçün bu pəhriz sayəsində 5 kilo arıqlayaraq bədən ölçüsünü 34-ə endirməyi bacaran Cennifer spirtli içkilərdən də uzaq durduğunu vurğulayır.

tabloid.az

Sara Cessika Parker

“Böyük şəhərdə seks” filmindəki Kerri Bredşounun xalını xatırlayırsınızmı? Bax o xal daha yoxdur. Gəlin etiraf edək ki, Sara Cessika Parker (49 yaş) çirkin qadın olub. Gözəl olmaqdan ötrü həm burnunu kəsdirib, həm də döşlərini böyüdüb. İndi kim deyər ki, onun 49 yaşı var?

Sandra Ballok

Sandra Ballok zahirən tipik amerikalılara bənzəyir. Hətta ən adi rollara görə də rinoplastika etməli olub. Digər həmyaşıdlarından fərqli olaraq Ballok cavanlığını qorumaqdan ötrü qeyri-standart yollara əl atır.

Naomi Uotts

Növbədə olan xanım Naomi Uottsdir. Təbiət qoynunda gəzməkdən ötrü ürəyi gedir, həm də yoqa ilə məşğul olur. Təbiiliyə üstünlük verən aktrisanın plastik əməliyyat etdirməsindən söhbət belə gedə bilməz. Naomi plastik əməliyyatları oğurluq hesab edir. “Bu, mənim karyerama ancaq mane ola bilər!” Botoklsa dostluq edənləri isə normal qarşılayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR