• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ən romantik saç modelləri

Ən romantik saç modelləri

Qadınlar görkəmlərində dəyişiklik etmək istədikdə ilk öncə saçlarının modelini dəyişdirirlər. Həqiqətən də saç insanı çox dəyişdirir. Ancaq mükəmməl görünmək üçün saçın rəngi, uzunluğu və modeli düzgün seçilməlidir.

Qəti qərarlar vermək və saçlarınızı kəsdirmək istəmirsinizsə, sadəcə saçlarınızı hörmək və ya toplamaqla da stilinizə yenilik qata bilərsiniz.

Tabloid.az xüsusilə uzun saçlar üçün ideal olan ən romantik saç modellərini toplayıb:

Sadə hörük

Sadə hörüklü saçlar hər zaman şıq və gözəl görünmək üçün idealdır. Onu da qeyd edək ki, bu saç modeli ilin trendləri arasındadır.

Balıq quyruğu hörük

Bir az çətin hörük modelidir. Ancaq bir dəfə öyrəndikdən sonra bu hörükdən vaz keçə bilməyəcəksiniz. Bu saç modeli ilə bağlı internetdə çoxlu sayda video tapmaq mümkündür. Həmin videoları izləyərək saçlarınızı bu formada hörə bilərsiniz.

At quyruğu

Asanlıqla yığılan saç modeli olduğu üçün bütün xanımların vaz keçilməzidir. Hətta məşhurlar da gündəlik həyatda ən çox bu saç modelinə müraciət edirlər.

Qabarıq saçlar

Qabarıq saçlarla cazibədar görünməmək mümkün deyil.

Saçlarınızın ön tərəfi az, arxası isə daha qabarıq olmalıdır. Saçınızı bu şəkildə topladıqdan sonra saç spreyi ilə sabitləyə bilərsiniz.

Dağınıq toppuz

Özünüzü romantik və seksual hiss edirsinizsə, dağınıq toppuz modeli sizin üçün idealdır. Dağınıq toppuzların ən yaxşı tərəfi sizə özünüzü azad hiss etməyə imkan verməsidir.

Bu saç modeli sanki tələsik yığılmış kimi görünsə də, xüsusilə idman üslubunda geyinən xanımlara çox yaraşır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR