Qadın ayaqlarının qışda da seksual görünməsi mümkündür - Fotolar
Bizi izləyin

Tabloid.az

Qadın ayaqlarının qışda da seksual görünməsi mümkündür - Fotolar

Qadın ayaqlarının qışda da seksual görünməsi mümkündür

Bu mövsüm dizaynerlər bütün qadınların zövqlərini nəzərə alıblar. Belə ki, bu qış həm dik daban, həm də yastı daban uzunboğaz çəkmələr dəbdə olacaq. Dekorativ detalları, kəmər və ipləri bol olan bu ayaqqabılar üçün qırmızı, yaşıl, mavi rənglərin tünd çalarları dəbdə olacaq.

Botfort adlanan uzun boğaz çəkmə mövsümün trendi olacaq. Uzunluğu dizdən bir qədər yuxarı və budun yarısına kimi ola bilər. Bu çəkmələrdə lak, rəngli dəri və leopard dərisindən də istifadə olunub.

Botfort çox cəsarətli çəkmə növü olduğu üçün qısa ətəklə çox gözəl görünür. Lakin ətək geyinmək fikrinə düşsəniz, onun uzunluğu çəkmənin bitdiyi yerədək olmalıdır.

Onu lasin və ya dar şalvarla geyinəndə ortaya gözəl mənzərələr çıxır.

Dikdaban uzunboğaz çəkmələr 2014-2015-ci ildə aktual olacaq. Həmçinin lak və dərinin, atlas və zamşanın kombinasiyası ayaqqabılarda xüsusilə dəbli sayılacaq. Atlasla zamşanın kombinasiyası gündəlik geyinmək üçün praktik olmasa da, ziyafət üçün uğurlu seçim olacaq. Dikdabanda gəzə bilməyən xanımlar məyus olmasın, çünki enli dabanlar da bu ilin dəbinə aiddir. Sadəcə unutmayın ki, bu cür dabanlı çəkmə seçsəniz, o rəngli dekorlu və printli olmalıdır.

İplər və metal detallarla bol olan çəkmələr bu mövsümün dəbli elementləri sayılır. Jokey üslublu çəkmələr də 2014-2015-ci ilin dəbinə aiddir.

Uzunboğaz çəkmələr qadına zəriflik və cazibədarlıq qatır. Amma ayaqqabı seçimi zamanı ən mühüm məsələ ölçünü düzgün təyin etməkdir. Ölçü kiçik olarsa, bu, narahatlıq doğurar. Bundan əlavə uzunboğaz çəkmələr çox dar və ya boş olmamalıdır. Daha düzgün qərar vermək üçün əvvəlcə bir az gəzin və oturun, daha sonra dəqiq qərarınızı verin.

Çəkmənin boğazı ayağa yapışmalıdır, amma çox dar da olmamalıdır. Qadınların əksəriyyəti uzunboğaz çəkmələri ətək və ya libasla geyinməyə üstünlük verirlər. Bu zaman əsas şərt çəkmənin burnunun dairəvi olmasıdır.

Ucu şiş çəkmələrdən çəkinmək lazımdır. Amma daha bir mühüm məqam ətəyin çox qısa olmamasıdır. Çünki bu zaman vulqar görünüşə sahib olarsınız.

Əgər ətək və çəkmə arasında corabınız görünürsə, bunun mütləq tünd olmasına fikir verməlisiniz.

Donun uzunluğuna gəlincə, o bir az uzun ola və çəkməni örtə bilər. Çəkmə və ətək arasındakı məsafə 10-15 santimetrdən artıq olmamalıdır.

Əgər çəkmənizi şalvarla geyinirsinizsə, bu zaman düz olmamasına fikir verməlisiniz. Çünki belə şalvarlar yığılır və daha kök görünməyinizə şərait yaradır.

Uzun köynək geyinməyi sevirsinizsə, maksimum dar və bədənə yapışan şalvara üstünlük verə bilərsiniz. Bunun sayəsində həm daha seksual, həm də dəbli görünəcəksiniz.

Tabloid.az mövsümün uzunboğaz çəkmə dəbinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm